Bakı şəhəri Xətai rayon sakini Hüseyn Hüseynov dünyanı bürümüş pandemiya bəlasına qarşı Azərbaycanda dövlət səviyyəsində görülən tədbirləri və onun uğurlu nəticələrini Prezidentə ünvanladığı məktubunda belə dəyərləndirir:
”Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək. Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun!”.
Baki-xeber.com