Daşkəsən rayonunun Bayan kənd sakinləri Firdovsi Rəcəbov, Bayraməli Orucov və Sakit Əhmədov Azərbaycan dövlətinin koronavirusla mübarizə kontekstində apardığı uğurlu kampaniyanı yüksək qiymətləndirərək, ölkə başçısına göndərdikləri məktubda yazırlar:
“Yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.