"Mən mütəmadi olaraq Kiyevlə əlaqə saxlayıram. Bircə onu deyə bilərəm ki, Azərbaycanda karantin rejimi daha ciddidir”.
Baki-xeber.com-un məlumatına görə, bu barədə Səbail Futbol Klubunun ukraynalı qapıçısı Aleksandr Ribka yerli KİV-ə müsahibəsində deyib. Ribka bildirib ki, hazırda karantin rejiminin qaydalarına uyğun dükan və marketlərə cmc vasitəsilə gedir. "Burda rejim ciddidir. Mağazalara ancaq maska və əlcəkdə getmək olar. Əgər əvvəllər sahil parkinda qaçmaqa icazə vardısa, indi bütün parklar baqlanib. Amma bizim Kiyevdə Obolon prospektində ora-bura qaçırlar. Bakıda belə hərəkətlərə yol vermək olmaz".
Rıbka Azərbaycan hökumətinin effektiv davranışlarına da toxunub. "Azərbaycanda koronsvirusa yoluxan çox deyil. Hökumət virusa yoluxmamaq üçün bütün effektiv tədbirlərə əl atıb"- o deyib.