Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı vətəndaşların Prezidentə müraciət və minnətdarlıq məktubları mövcud işlərin mahiyyətinə tam uyğun ictimai reaksiya formasıdır.
Bu fikirləri politoloq Aydın Quliyev dünyanı cənginə alan koronavirus pandemiyası fonunda ölkəmizdə aparılan genişmiqyaslı lokallaşdırma və təhlükəsizlik tədbirlərini baki-xeber.com-a şərh edərkən səsləndirib. A.Quliyev bildirib ki, cəmiyyətimiz və vətəndaşlar həyata keçirilən tədbirlərin hansı səmərələri vetdiyinin fərqinə varır:”Onlar Azərbaycan dövlətinin antivirus fəaliyyət proqram və planlarını başqa ölkələrlə müqayisə edir, başqa dövlətlərin və Azərbaycanın nail olduğu nəticələrin arasındakı fərqlərə lazımi diqqəti yetirirlər. Cəmiyyətimiz fərqindədir ki, Azərbaycanda koronavirusla mübarizə tədbirləri xeyli öncədən başladı, digər dövlətlər təhlükəni hələ lazımı qədər qiymətləndirmədiyi vaxtda həyata keçirilməyə başlandı”.
Bizdəki tədbirlərin özünün qabaqlayıcı və məqsədyönlü xarakteri ilə insanların diqqətini cəlb etdiyini deyən politoloqun sözlərinə görə, cəmiyyətimiz ona da dəyər verir ki, Prezident bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin edə bilir:”Yəni həm birbaşa virusun yayılma imkanlarının və coğrafiyasının minimallaşdırılmasına yetərli təsir göstərən tədbirlər həyata keçirilir, həm insanların rifah və sosial müdafiəsi çərçivəsində işlər ara vermədən həyata keçirilir, həm insanların məşqulluq problemlrinin həlli qayğısına qalınır, həm iqtisadiyyatın dinamik hərəkət qabiliyyətini saxlamağa imkan verən işlər görülür, həm də sahibkarığın ziyan görməsinin qarşısı allnır. Bəlkə Azərbaycan yeganə ölkədir ki, koronavirusun ziyanlı təsirlərinə görə milyon yarımdan çox işləyən insanın əmək haqlarının mühüm hissəsini özü ödəyir, sahibkatlara kompensasiya verir, sosial xidmətlərin ən asan üsdullarını tapıb həyata keçirir”. Həyata keçirilən tədbirlərin Azərbaycanın virusun təsirlərindən ən az itki ilə çıxmasını təmin etmək gücündə olduğunu deyən A.Quliyev onu da qeyd etdi ki, bütün bunlar cəmiyyətin gözləri qarşısında baş verir:”Vətəndaşların Prezidentə müraciət və təşəkkürləri bütün bu işlərin mərkəzində əsas koordinator qüvvənin məhz Prezident olduğuna verilən ictimai qiymətin bariz nümunəsidir”.
Baki-xeber.com