04/04/2020 13:27
728 x 90

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatdı

img

İranla Türkiyə sərhədində gün ərzində ikinci güclü zəlzələ baş verib.  

Birinci zəlzələ bu səhər 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Qərbi Azərbaycan əyalətinin Xoy mahalında, Qotur rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib. 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub. Hadisə zamanı Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. İranda zəlzələdən xəsarət alanların sayı 75-ə yüksəlib, ölən yoxdur.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 16.00-da da qeydə alınıb. Türkiyə ilə İran sərhədində 5.6 bal gücündə zəlzələ olub. Episentr Təbrizdən 160 km qərbdə, Türkiyənin Özalp şəhərindən isə 52 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Son xəbərlər