Rusiya Müdafiə naziri Sergey Şoyqunun içərisində olduğu təyyarəyə Baltik dənizində yaxınlaşan NATO qırıcısı iki Rusiya qırıcısı tərəfindən uzaqlaşdırılıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Baltik dənizində neytral sular üzərində baş verib.
Qeyd edilir ki, Şoyqunun içərisində olduğu Kalininqrad-Moskva istiqamətində uçan təyyarəyə Baltik dənizində NATO F-18-i yaxınlaşıb.
Rusiya mediası Şoyqunun təyyarəsini müşayiət edən iki Su-27 rus qırıcısının NATO təyyarəsinin qarşısını kəsərək bölgədən kənarlaşdırdığını yazır.