19/09/2019 00:42
728 x 90

Britaniya İrana qarşı Fars körfəzinə hərbi gəmi göndərdi

img

Böyük Britaniya Fars körfəzinə hərbi gəmi göndərib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Britaniya bu addımı ABŞ-ın təklif etdiyi Hörmüz boğazında dəniz təhlükəsizliyi missiyası çərçivəsində atıb.

Məlumata görə, HMS Kent adlı Britaniya hərbi gəmisi bazar ertəsi bölgəyə göndərilib. Kral donanması İranla siyasi gərginliyin artması fonunda Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyinin qorunmasında ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə fəaliyyət göstərəcək.

"Fars körfəzində bizim diqqətimiz əvvəlkitək gərginliyin deeskalasiyasına cəmlənib. Ancaq biz azad dənizçiliyin və beynəlxalq dənizçilik normalarının təmin olunmasının tərəfdarıyıq və əməliyyatlar da buna hesablanıb", - gəminin komandiri Endi Braun bildirib.

HMS Kent hazırda boğazda olan digər Britaniya gəmisi HMS Duncanı əvəz edəcək.

ABŞ liderliyində qurulacaq beynəlxalq koalisiya çərçivəsində Amerika və Kral donanmasının Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulur.

Son xəbərlər