19/09/2019 00:43
728 x 90

Vaşinqtona xəbərdarlıq... Rusiya ilə mümkün dəniz müharibəsində ABŞ dəniz qüvvələri ilk saatlarda məhv ediləcək

img

Vaşinqton mərkəzli "The National Interest" hərbi təhlil jurnalı, Rusiya ilə mümkün dəniz müharibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin ilk saatlarda məhv ediləcəyinə dair xəbərdarlıq edib.

Baki-xeber.com xəbər verir ki, ABŞ Hərbi Dənizçilk Universitetinin Çin Araşdırmalar İntitutunun professoru Lyle Goldsteinin qələmə aldığı məqalədə, ABŞ-ın Rusiya ilə sərhəd bölgəsindəki təlimlərdə dərinə getməməsi gərəkdiyi deyilir. Bildirilir ki, Vaşinqton bu təlimlərin risqlərini nəzərə almır.

Azov dənizində və Qara dəniz sahillərində İkinci Dünya Müharibəsi illərindən qalma ən az 18 min minanın qaldığı, təsadüfən bu minalardan birinə toxuna biləcək NATO gəmisinin Rusiya ilə dəniz müharibəsinə səbəb ola biləcəyi və belə bir qarşıdurmanın NATO qüvvələrinin məğlubiyyətilə nəticələnəcəyi bildirilir.

“Bu vəziyyətdə, NATO qüvvələri bəzi mərhələdə müəyyən siyasi əhəmiyyətə malidir, ancaq əsl qarşıdurmada əhəmiyyətli bir rol oynamayacaq, çünki müharibənin ilk saatlarında məhv ediləcəklər” – məqalədə deyilir.

Qeyd edilir ki, Montrö Boğazlar Sazişinə uyğun olaraq, Amerika təyyarə gəmilərinin Türkiyə boğazlarından keçə bilməməsinə görə ABŞ-ın bəxti gətirib. Əks təqdirdə bu gəmilər Kinjal raketi kimi, hipersonik anti-gəmi raketlərilə təchiz edilmiş Rusiya sualtı gəmiləri, kreyserləri, raket sistemləri və dəniz təyyarələri tərəfindən çox sürətli şəkildə məhv edilə bilər.

Məqalədə ABŞ-ın bu istiqamətdə şansının, yalnız Vaşinqtonun strategiyasını yenidən nəzərdən keçirib sualtı silahlarını və yeni pilotsuz aparatlarını sıx bir şəkildə inkişaf etdirməyə başlayacağı halda artacağı vurğulanır.

Son xəbərlər