22/08/2019 07:35
728 x 90

ABŞ İranı bombalayacaq, İran da buna cavab olaraq İraqı vuracaq - Bağdad narahatdır

img

ABŞ-la İran arasında ehtimal edilən müharibə başlasa, İraq da savaşa daxil olacaq. Baki-xeber.com xəbər verir ki, bunu İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Kərim İləvi deyib.

İləvi ABŞ hərbi dəniz qüvvələri tərəfindən mühasirəyə alınmış körfəz bölgəsinin müharibənin bir addımlığında olduğunu deyərək İraq xalqının da çətin günlər keçirdiyini bildirib.

İləvi ABŞ-la İran arasında ehtimal edilən müharibə başlayacağı halda, İraqın da savaşa daxil olacağını deyib. O, müharibə başlayacağı halda bunun İraq xalqına təsir edəcəyini vurğulayıb.

"Savaş başlayarsa, İraq da bu müharibəyə girəcək. Çünki İraqda ABŞ əsgərləri var, böyük ehtimalla, ABŞ İranı bombalayacaq, İran da buna İraqdakı ABŞ hərbi mövqelərini bombalayaraq cavab verəcək".

Bundan əvvəl İraq hökuməti, İranla ABŞ arasında gərginliyi azaltmaq üçün vasitəçilik etməyə hazır olduğunu da açıqlayıb.

Son xəbərlər