Putin “Gecə canavarları”nın Krım şousunda… Ukrayna sərt etiraz bəyanatı yaydı

Ukrayna Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etiraz bildirib.
Baki-xeber.com xarici mediya isinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu səfər Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Xatırladaq ki, Putin Krıma avqustun 10-da gedib. O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi “Babilin kölgəsi” beynəlxalq motosikl şousunda iştirak edib. Bu kluba “Cərrah” ləqəbli Aleksandr Zaldostanov başçılıq edir.
Putin bu şouya Rusiya istehsalı “Ural” markalı motosiklində gedib. Putin şouya Krım lideri Sergey Aksenov və Sevastopol rəsmisi Mixail Razvojayevlə gəlib. Rusiya prezidenti “Gecə canavarları”nın lideri Zaldostanov müşayiəti ilə səhnəyə çıxıb və festival iştirakçılarına müraciət edib.
“İnterfaks”ın məlumatına görə, baykerlər prezidentə bayker papağı və əvvəlki velosiped şoularından birində çəkdikləri Putinə həsr etdilmiş " Rus Reaktoru " filmini bağışlayıb.
Putin həmçinin Hersonda Rusiya Pravoslav Kilsəsinin Metropoliteni Tixonun (Şevkunov) pyesi əsasında səhnələşdirilmiş "Qriffin" tamaşasına baxıb.
Onu da qeyd edək ki, “Gecə canavarları”nın 11-ci dəfə keçirdiyi “Babilin kölgəsi” beynəlxalq motosikl şousu 10 il əvvəl Sevastopol yaxınlığındakı Gasford dağında başladılmışdı.