Şimali Koreya lideri qısamənzilli raket sınaqlarına görə Trampdan üzr istədi

ABŞ prezidenti Donald Tramp, Şimali Koreyanın lideri Kim Çen Inın ona göndərdiyi məktubda qısamənzilli raket sınaqlarına görə “üzr istədiyini” deyib və Kimlə çox yaxında görüşəcəyinə ümid etdiyini bildirib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Kimin göndərdiyi məktubla bağlı Twitter hesabında açıqlama verib.
“Kim, mənə göndərilən məktubda gözəl bir şəkildə ABŞ-Cənubi Koreya ortaq təlimləri başa çatar-çatmaz görüşmək və danışıqlara başlatmaq istədiyini deyib” - Tramp deyib.
Məktub böyük olduğunu və Kimin “gülünc və bahalı” təlimlərdən şikayət etdiyini ifadə edən Tramp, "Qısamənzilli raket sınaqları iə bağlı kiçik bir üzr də vardı və sınaqların təlimlərə son qoyulduğunda dayandırılacağını yazırdı. Kimlə yaxın zamanda görüşəcəyimə ümid edirəm. Şimali Koreya dünyanın ən müvəffəqiyyətli ölkələrindən biri olacaq” – deyib.
Trampın açıqlamaları, iki liderin hər il sentyabr ayında Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının iclasları zamanı görüşə biləcəkləri iddialarının ortaya atılmasına səbəb olub.