23/10/2019 23:09
728 x 90

Pakistan Hindistanı İsrailə eyni siyahıya saldı – Dehli ilə ticarət əlaqələri dayandırıldı

img

Pakistan Hindistanla ticarət əlaqələrini rəsmi olaraq dayandırıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistanın baş naziri İmran Xanın rəhbərliyi ilə keçirilən kabinet iclasından sonra bu barədə Ticarət və Tekstil Nazirliyi açıqlama yayıb.

Açıqlamada Hindistanla ikitərəfli ticarət əlaqələrinin dərhal dayandırıldığı, Hindistanın idxal və ixracın qadağan edildiyi ölkələr siyahısına əlavə edildiyi bildirilir.

Sözügedən qadağa əvvəllər yalnız Pakistanın diplomatik və ticari əlaqələri olmayan İsrailə şamil edilirdi.

Qeyd edək ki, Hindistan ölkə konstitusiyasının yarım əsrdən çox müddətdir Cammu Kəşmirə imtiyaz verən 370-ci maddəsini ləğv edərək bölgənin xüsusi statusuna son qoyub.

Qərarı qınayan Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı tələb edib.

Son xəbərlər