22/08/2019 07:26
728 x 90

İsveç də Makronun Avropa ordusuna qoşula bilər

img

İsveç Avropa İttifaqı (Aİ) silahlı qüvvələrinin inteqrasiyası təşəbbüsünə qoşula bilər.

Baki-xeber.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, İsveçin Müdafiə naziri Peter Hultkvist "Sveriges Radio" radiostansiyası ilə müsahibəsində ölkəsinin Aİ silahlı qüvvələrinin inteqrasiyası proqramı (European Intervention Initiative – EII) çərçivəsində əməkdaşlığa qoşulmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, "EII" proqramı Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif olunub.

"Bu İsveçin təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edəcək, çünki biz beynəlxalq şəbəkəyə qoşulacağıq. Bir çox ölkənin eyni vaxtda iştirak etdiyi hər-hansı bir böhranın baş verməsi halında biz birgə fəaliyyət göstərə bilməliyik", - Hultkvist deyib.

Nazir bir müddət öncə ölkəsinin sözügedən proqrama qoşulmaq niyyəti haqında Fransanın və proqrama üzv olan digər ölkələrin təmsilçilərinə xəbər verib. İsveçin məsələ ilə bağlı son qərarı sentyabrda verəcəyi gözlənilir.

Hazırda Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Danimarka, Finlandiya, Belçika, Estoniya, Niderland, Norveç və Portuqaliya "EII" proqramının üzvüdürlər.

Proqram keçən ilin yayında Fransa prezidenti tərəfindən təklif olunub. Proqram Aİ və NATO çərçivəsindən kənarda fəaliyyət göstərir, lakin bu təşkilatlarda mövcud mexanizm və təşəbbüsləri tamamlamağa yönəlib.

"EII" proqramı çərçivəsində üzvlərin məlumat mübadiləsi aparması və böhran vəziyyətlərində hərbi kömək göstərməsi nəzərdə tutulub.

Son xəbərlər