23/10/2019 23:06
728 x 90

Ruhani üsyan etdi - hətta xəstələr də ABŞ-ın təzyiqlərindən əziyyət çəkir

img

İran prezidenti Həsən Ruhani, ABŞ-ın İrana qarşı sanksiyalarının “bəşəriyyətə qarşı cinayət” olduğunu və adi vətəndaşların, hətta xəstələrin də ABŞ-ın təzyiqlərindən əziyyət çəkdiyini söyləyib.

Baki-xeber.com xəbər verir ki, hökumətin iclasında çıxış edən Ruhani, tibbi vasitələr və dərmanlara tətbiq olunan sanksiyalarla bağlı açıqlamalar verib.

“Ölkəmizdə, düşmənlərin təzyiqləri uşaqlar və xəstələr də daxil olmaqla bütün insanlara tətbiq olunur” - Ruhani deyib.

İranın səhiyyə naziri Səid Namaki də İrana dərman satışının qarşısının alınmasının insanlığa qarşı cinayət olduğunu deyib. Hər hansı bir ölkənin səhiyyə sektoruna sanksiyalar tətbiq edilməsinin qeyri-insani addım olduğunu deyən Namaki, ölkə daxilində dərman tədarükündə çətinlik çəkdiklərini bildirib.

Son xəbərlər