23/10/2019 23:12
728 x 90

Ukraynanın keçmiş prezidenti Poroşenkoya vergidən yayınma ittihamı ilə iş açıldı

img

May ayında Ukrayna prezidenti postunu Zelenskiyə təhvil verən Petro Poroşenko vergidən yayınmaqda ittiham edilir.

Baki-xeber.com xəbər verir ki, Ukrayna Dövlət Təftiş Bürosu, Ukraynanın keçmiş prezidenti Poroşenkonun avqustun 12-də ifadə verəcəyini açıqlayıb.

Açıqlamada, Poroşenkonun özəl televiziya kanalı, “Pryamoy” kanalını satın alarkən vergidən yayınmaqda ittiham edildiyi deyilir.

Ukraynanın keçmiş prezidenti Poroşenkoya bu yaxınlarda, vəzifədə olduğu dönəmdə Maldiv adalarına tətilə gedərkən dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə cinayət işi açılıb.

Son xəbərlər