Ankarada Belarus səfirliyinin inzibati məsələlər üzrə katibin müavini Aleksandr Poqanşev silahlı hücuma məruz qalıb.
Baki-xeber.com xəbər verir ki, qonşusu tərəfindən güllələnən diplomat iki güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Diplomata atəş açan şəxs Türkiyə vətəndaşıdır və ehtiyatda olan hərbçi olub. O, diplomata hücumdan sonra eyni silahla özünü güllələyərək intihar edib.
Belarus Xarici İşlər Nazirliyi də faktı təsdiqləyib.