İranın müdafiə naziri Hüseyn Dehqan ABŞ-ı təhdid edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, H.Dehqan ABŞ-la mümkün müharibə vəziyyətində ABŞ-ın bölgədəki bütün bazalarının vurulacağını deyib.
Dehqan, İranın raket proqramını ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, heç kimlə müzakirə etməyəcəklərini deyib.
Dehqan iddia edib ki, ABŞ-ın İrana qarşı hücumunun əsas mərkəzi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq.