18/10/2019 03:25
728 x 90

Britaniya İranı təhdid etdi - “…bölgədə Qərbin böyük bir hərbi varlığını qəbul etməli olacaqlar”

img

Böyük Britaniya xarici işlər naziri Ceremi Hant İranın ingilis bayraqlı neft tankerini ələ keçirməsini “dövlət piratlığı” adlandırıb və Tehranı təhdid edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, britaniyalı nazir, İranın bu cür təhlükəli yolda davam edərsə, sahil boyu sularda Qərbin daha böyük bir hərbi varlığı kimi nəticəni qəbul etməli olacağını deyib.

Hant, Hörmüz boğazında dəniz nəqliyyatının qorunması üçün Avropa liderliyində bir missiya yaratmaq istədiklərini söyləyib.

"Bu əhəmiyyətli bölgədə personal və yüklərin təhlükəsiz şəkildə keçməsini dəstəkləmək üçün Avropa liderliyində dəniz mühafizə missiyasını yaratmağa çalışacağıq" - Hant deyib.

Son 48 saatda bir sıra ölkələrlə danışıqlar apardıqlarını deyən Hant ABŞ bölgə ilə bağlı təklifini həftə sonu qiymətləndirəcəklərini bildirib.

Hant bu addımın ABŞ-ın İrana qarşı "maksimum təzyiq" siyasətinin tərkib hissəsi olmadığını iddia edib.

Tehrana xəbərdarlıq edən britaniyalı nazir " İran bu cür təhlükəli yolda davam edərsə, sahil boyu sularda Qərbin daha böyük bir hərbi varlığı kimi nəticəni qəbul etməli olacaq” deyib.

Son xəbərlər