23/08/2019 22:27
728 x 90

Səudiyyə dünyanı İrana qarşı hərəkətə keçməyə çağırdı

img

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti İranın naviqasiya azadlığına hücumuna qarşı hərəkətə keçməyə çağırıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr rəsmi Twitter hesabında yazıb.

Nazir, naviqasiya azadlığına edilən hər hansı bir hücumu beynəlxalq hüququn pozulması adlandırıb.

İranın, sonuncu dəfə Britaniya mülki gəmisini ələ keçirməsi kimi, beynəlxalq hüququn pozulmasına yönəlmiş hərəkətlərin qəbuledilməz olduğunu bilməsi gərəkdiyini ifadə edən Cubeyr qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür addımlara qarşı hərəkətə keçməlidir.

Son xəbərlər