23/08/2019 22:22
728 x 90

İrandan ABŞ-a mesaj... Casuslarınızı ifşa etdik

img

İran "ABŞ və xarici ölkələr adına casusluq" edən şəxsləri ifşa edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən İranın kəşfiyyat naziri Mahmud Alevi saxlananların kimliklərinin bu gün açıqlanacağını deyib.

"Müxtəlif yerlərdə və əhəmiyyətli mərkəzlərdə ABŞ və xarici ölkələrə casusluq edən şəxsləri müəyyənləşdirdi. Onları həbs etdikdən sonra məhkəmə orqanlarına təslim etdik” – Alevi deyib.

ISNA xəbər agentliyinin məlumatına görə, saxlananların neçə nəfər olduğunu açıqlamayan Alevi, ABŞ Mərkəz Kəşfiyyat İdarəsini (CIA) xeyrinə casusluq etdiklərini iddia edilən şəxslərin adlarının bu gün açıqlancağını ifadə edib.

Son xəbərlər