23/08/2019 00:47
728 x 90

Ukraynada növbədənkənar parlament seçkilərini Zelenskinin partiyası qazandı

img

Ukraynada növbədənkənar parlament seçkilərində ən çox səsi Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası qazanıb.

Baki-xeber.com xəbər verir ki, Zelenskinin prezident seçildikdən sonra parlamenti buraxmasına görə keçirilən və 22 partiyanın iştirak etdiyi səsvermədən sonra “exit-poll”un nəticələri açıqlanıb.

“Exit-poll”un nəticələrinə görə, səslərin 43,9 faizinin səsini qazanan Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. Rusiya yönümlü “Həyat uğrunda - müxalifət platforması” isə 11,5 faizi səslə ikinci yerdə qərarlaşıb.

Keçmiş prezident Petro Poroşenkonun Avropa Həmrəylik Partiyası 8,9, keçmiş Baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası 7,6, rok qrupu Okean Elzinin aparıcı solisti Svyatoslav Vakarcukun partiyası “Səs” isə 6,3 faiz səslə 5 faizlik baryeri aşa biliblər.

“Exit-poll”un nəticələri açıqlanandan sonra Zelenski “Xalqın xidmətçisi” partiyasının qərargahında keçirdiyi brifinqdə, Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun layihəsinin müzakirəyə çıxarılacağını deyib.

Son xəbərlər