23/08/2019 00:59
728 x 90

Putin Rusiya ilə Britaniya arasında qalmaqala səbəb olmuş keçmiş rus kəşfiyyatçısından danışdı

“Casus deyilmi, hər zaman gizlənir”

img

Rusiya prezidenti Vladimir Putin keçmiş rus kəşfiyyatçısı Sergey Skripalın Böyük Britaniyanın Solsberi şəhərində Britaniya xüsusi xidməti tərəfindən zəhərlənmiş ola biləcəyi iddialarına münasibət bildirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Putin buna inanmadığını deyib.

"Düzünü desəm mən buna çox da inanmıram. İnanmıram... Əgər zəhərləmək istəsələr, zəhərləyərdilər" - Rusiya prezidenti bildirib.

Skripalın ingilislərin əlində olduğunu xatırladan Putin ona istədiklərini edə bilərcəklərini deyib.

"Burada doğru olmayan şeylər var” söyləyən Putin, “Bəlkə də bir qalmaqala ehtiyacları vardı" deyib.

Putin hazırda Skripalın harada olduğunu bilmədiyini də bildirib: “Casus deyilmi, hər zaman gizlənir”.

Keçmiş kəşfiyyatçının mediaya hər hansı məlumat sızdırdığına inanmadığını söyləyən Putin deyib: “o çoxdan xaric edilib. Hansı məlumatlara sahib ola bilər ki?”.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində huşsuz vəziyyətdə tapılmışdı. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olmuşdu.

Son xəbərlər