23/08/2019 00:54
728 x 90

İtaliya ilə Fransa arasında miqrant böhranı... Brüssel, Paris və Berlinin köçkün düşərgəsi olmayacağıq

img

İtaliya Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini, İtaliyanın artıq Avropaya gələn miqrantlara ev sahibliyi etmək məsələsində istəkli olmadığını və bundan sonra Brüssel, Paris və Berlinin köçkün düşərgəsi olmayacaqlarını bəyan edib.

Baki-xeber.com xəbər verir ki, Salvini bu barədə Fransanın daxili işlər naziri Christophe Castanerə məktub göndərib.

Məktubunda Salvini bu mövzuda İtaliyaya hörmət edilməsini gözlədiklərini deyib.

"İtaliya artıq Avropaya gələn bütün miqrantları qəbul etmək istəmir. Fransa və Almaniya, buna ən çox məruz qalan bizim və Malta kimi ölkələrin tələblərini görməzdən gələrək miqrasiya siyasətinə qərar verə bilməz. Biz artıq Brüssel, Paris və Berlinin köçkün düşərgələri olmayacağıq" - Salvini deyib.

İtaliya və Malta, Fransa və Almaniyanın miqrantların dənizdən qurtarıldıqdan sonra hə hansı bazarlıq etmədən ilk təhlükəsiz limana aparılması və oradan sistemli şəkildə digər ölkələrə göndərilməsi təklifini qəbul etmir.

Son xəbərlər