07/12/2019 09:57
728 x 90

İranın Britaniya tankerini saxlamasının təfərrüatları... İngilislər hərbi gəmilər və iki helikopterlə İranın müdaxiləsinin qarşısını ala bilmədi - VIDEO

img

Böyük Britaniya ilə İran arasında tanker gərginliyi getdikcə daha da böyüyür. Cəbəllütariq rəsmiləri iyulun 4-də İrana məxsus bir supertankerin Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğunu deyərək saxlayıb. Iki gün əvvəl isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Britaniya bayraqlı “Steno İmpero” adlı neft tankerini ələ keçirib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisədən bir gün sonra İran Britaniya tankerinə müdaxilə edildiyi anın görüntülərini yayıb.

Görüntülərdə SEPAH-a məxsus qayıqlarla mühasirəyə alınan tankerə helikopterdən maskalı əsgərlərin endirildiyi görünür. Ələ keçirilən neft tankeri daha sonra İran sularına aparılır.

Bu arada, SEPAH sözçüsü Ramazan Şərif saxlanan Britaniya tankerilə bağlı yeni məlumatlar açıqlayıb.

Şərif iddia edib ki, saxlanan tankerə ingilis hərbi gəmiləri müşayiət edib: “Britaniya hərbi dəniz qüvvələrinə aid gəmilər neft tankerinə müdaxilənin qarşısını almağa çalışdı. Olaya müdaxilə etmək üçün 2 helikopter də havalandı və İran İslam İnqilabı Keşikçiləri Korpusu əsgərlərinə mane olmağa çalışdı. Ancaq bacara bilmədilər. Gəmi içərisindəkilərlə birgə saxlanaraq lazımi tədbirlərin görülməsi üçün İran sahillərinə aparıldı”.

Son xəbərlər