23/08/2019 00:56
728 x 90

İran Əlcəzair tankerini saxladı, bir neçə saat sonra sərbəst buraxdı

img

İran iki gün əvvəl Hörmüz boğazında Əlcəzairin neft qaz şirkəti “Sonatrach” a aid neft tankerini saxlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İran saxladığı tankeri bir neçə saat sonra sərbəst buraxıb.

Danışıqlar nəticəsinə buraxılan tanker Səudiyyə Ərəbistanının Ra’s Tennure zavoduna gedib.

Əlcəzairin rəsmi xəbər agentliyi APS, İranın “Sonatrach”ın 2 milyon barrel neft yüklü tankerini Səudiyyə Ərəbistanına yük vurmağa gedərkən Hörmüz boğazında saxlandığını bildirib.

Son xəbərlər