07/12/2019 10:25
728 x 90

ABŞ İranın Britaniya tankerini tutmasından sonra hərəkətə keçdi - Körfəzdə gəmilərin təhlükəsizliyi nəzarətə götürülür

img

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Orta Şərqdə dəniz marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə “Sentinel” “Keşikçilər” adlı hərbi əməliyyat keçirməyə hazırlaşır.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

"CENTCOM, son hadisələr fonunda Orta Şərqdəki əsas dəniz marşrutları üzərində nəzarət və təhlükəsizliyi gücləndirmək üçün “Sentinel” beynəlxalq dəniz əməliyyatı üzərində işləyir" – açıqlamada deyilir.

Əməliyyatın məqsədi dənizdəki stabilliyi təmin etmək, Fars körfəzi, Hörmüz boğazı, Bab el Mandeb boğazı və Oman körfəzi boyunca beynəlxalq sularda təhlükəsiz keçidlərin təmin edilməsi və gərginliyi azaltmaqdır.

ABŞ-ın Fars körfəzində əməliyyata hazırlıq qərarını, Böyük Britaniya tankerinin ötən gün Hörmüz boğazında İran İslam İnqilabı Keşikçisilər Korpusu (SEPAH) tərəfindən saxlanmasından dərhal sonra verməsi diqqət çəkir. 

Son xəbərlər