07/12/2019 09:55
728 x 90

ABŞ Səudiyyəyə hərbi qüvvə göndərir – Tehrandan Ər-Riyada “təhlükəsizliyi xaricdə axtarmayın” çağırışı...

img

ABŞ Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərəcək. Babki-xeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bununla bağlı qərarı təsdiqləyib.

Səudiyyə Ərəbistanının xəbər agentliyi (SPA) Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır ki, Kral Salman, bölgənin təhlükəsizlik və sabitliyini təmin etmək, əməkdaşlıq səviyyəsini artırmaq üçün Amerika qüvvələrinin ölkəyə girişinə dair sənədi təsdiqləyib.

Xəbərdə Səudiyyə Ərəbistanına gələcək ABŞ hərbi qüvvələrinin sayı barədə məlumat verilmir. Ancaq, CNN televiziyası ABŞ-ın Müdafiə Nazirliyindəki rəsmilərə istinadən xəbər verir ki, ABŞ-ın, paytaxt Ər-Riyaddakı Şahzadə Sultan Hərbi Hava Bazasına 500 əsgər göndərməyi planladırır.

"Wall Street Journal" isə bir müddət əvvəl amerikalı məmurlara istinadən yazırdı ki, Pentaqon Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi göndərəcək. Bu addımın Tehran və onun müttəfiqlərindən doğa biləcək təhlükələrə qarşı atıldığı bildirilir.

Məlumata əsasən, ABŞ artıq 500 hərbçinin "Şahzadə Sultan" aviabazasına göndərilməsinə başlayıb.

Vaşinqtonun bu qərarına münasibət bildirən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ-ın Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi göndərmək planı "simvolik addımdır" və təhlükəsizliyin təminatında heç kəsə xeyir gətirməyəcək.

"Bu simvolik addımdır və təhlükəsizlik məsələsində heç kəsə kömək etmir. Təbii ki, təhlükəsizliyi xaricdən almaq mümkün deyil. Hesab edirik ki, region ölkələri əməkdaşlıq və regional inteqrasiya vasitəsilə özləri öz təhlükəsizliyini təmin etməlidirlər. Onu xaricdən almalı deyillər", - Zərif "The National Interest" nəşrinə verdiyi müsahibədə deyib.

Son xəbərlər