07/12/2019 10:49
728 x 90

Mühacirlərlə rəftara etiraz edən 70 katolik Vaşinqtonda həbs olundu

img

Yüzlərlə katolik ABŞ paytaxtında federal hökumətin mühacirlərlə rəftarına etiraz ediblər. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, piketdə iştirak edən 70 rahibə, ruhani və mülki vətəndaş saxlanılıb.

Washington Post qəzeti bildirir ki, etirazçılar əllərində federal saxlanma nərkəzində vəfat etmiş mühacir uşaqların şəkillərini tutublar. Russell Senat Binası qarşısında toplaşanlar Tanrı Duasını oxuyublar. Uşaqların adları çəkildikcə etirazçılar xaç formasında yerə səriliblər.

İkinci həftədir ki, etiqad adamları Vaşinqtonda toplaşaraq İmmiqrasiya və Gömrük Nəzarət (ICE) bürosunun ləğv edilməsini və ABŞ-Meksika sərhədindəki izdihamlı saxlanma mərkəzlərinə son qoyulmasını tələb edirlər.

Çərşənbə axşamı ICE baş qərargahı qarşısında toplaşan etirazçılar binaya girişi zəbt etmiş və nəticədə “qeyri-qanuni giriş” ittihamları ilə 10 nəfər həbs olunmuşdur.

Son xəbərlər