07/12/2019 11:27
728 x 90

Tramp İrana aid dronu vurduqlarını açıqladı, Tehran isə ABŞ-ın səhvən öz dronunu vurduğunu iddia etdi

img

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İrana aid pilotsuz təyyarəni vurduqlarını bəyan edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Hörmüz boğazında ABŞ hərbi dəniz qüvvələrinə aid “USS Boxer” amfibiya hücum gəmisi və personalının təhlükəsizliyini təhdid edən dronu vurduqlarını deyib.

Tramp bildirib ki, İrana aid dron, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, gəmiyə 900 metrə qədər yaxınlaşdığına görə vurulub.

BMT qərargahında olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ prezidentinin bəyanatı ilə bağlı açıqlama verib. Zərif iddiaları rədd edərək, hər hansı bir dron itkisinə dair məlumatın olmadığını vurğulayıb: ''Bizim bu gün pilotsuz təyyarə itirdiyimizə dair bir məlumat yoxdur”.

İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçı isə ABŞ-ın səhvən öz dronunu vurduğunu bəyan edib. Əraqçı "Twitter" səhifəsində yazıb: ​"Biz Hörmüz boğazında, ya da başqa bir yerdə dron itirməmişik. "USS Boxer"in səhvən (Amerikanın – red.) öz pilotsuz uçan sistemini vura biləcəyindən narahatam”.

İran silahlı qüvvələri də ABŞ prezidentinin iddialarını təkzib edərək bütün dronlarının bazaya qayıtdığını bildirib.

Son xəbərlər