07/12/2019 11:09
728 x 90

Hörmüz boğazında gərginlik artır.... SEPAH neft dolu BƏƏ tankerini ələ keçirdi

img

Suriyaya göndərdiyi neft tankerinə Böyük Britaniya tərəfindən Cəbəllütariq boğazında ələ keçirilməsinə cavab olaraq Hörmüz boğazında bir tankeri saxlayıb.

Baki-xeber.cpm xarici mediaya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilәr Korpusu (SEPAH) Hörmüz boğazındakı Larәk adası yaxınlığında saxlanan tankerin 1 milyon barrel neft daşıdığını açıqlayıb.

Rəsmi televiziyada açıqlanan məlumatda deyilir ki, saxlanan tanker yanacaq qaçaqçılığı ilə məşğul olurdu və tutulan zamanda gəmidə 1 milyon barrel neft olub.

Hörmüz boğazında üzən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid sözügedən neft tankeri ilə şənbə günündən əlaqə kəsilmişdi.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi BƏƏ neft tankerini ələ keçirdiklərinə dair iddiaları təkzib etmişdi.

Son xəbərlər