O bildirib ki, 19 mindәn çox insan gimnastikanın müxtәlif növlәri üzrә yarışlarda tamaşaçı qismindә iştirak edib: "Yeddi müxtәlif mәkanda tamaşaçı turumu 80 faiz olub. Dünәn Azәrbaycanı 1600 idmançı tәrk edib. Bu, indiyә kimi әn yüksәk rәqәmdir”.
S. Kleq qeyd edib ki, Avropa Oyunları müddәtindә 1 idmançı dopinq testindәn sonra yarışlardan kәnarlaşdırılıb. Bu, oyunlardan әvvәl baş verib.
S. Kleq bağlanış mәrasiminin açılış mәrasimindәn fәrqli olacağını söyləyib: ”50 ölkәnin tәntәnәli şәkildә qalibiyyәtini qeyd edәcәyik. Karnavala bәnzәr bağlanış mәrasimi gözlәmәk olar. Çox baxımlı mәrasim olacaq”.