şənbə günü, 28 noyabr 2026
     

Avropa Oyunları miniatür kitablarda...

Image


Qalib idmançılarımızın hamısı "Azərbaycan naminə qalib gəldim" deyir

İyunun 22-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə gündəlik ənənəvi görüş keçirildi. Qeyd edək ki, ənənə halını alan bu formatda Azərbaycanı təmsil edən qalib idmançılara mükafatlar təqdim olunur. "Zəfər Günləri" adlanan bu tədbir "Lider" televiziyası vasitəsilə canlı yayımlanır.
"Bakı-Xəbər" qəzetinin məlumatına görə, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun və Bakı Miniatür Kitablar Muzeyinin direktoru, MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahovanın, iştirak etdiyi görüşə yarışın X günündə medal qazanan idmançılar qatılmışdı. MOK rəsmiləri bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Marina Durunda və batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan İlya Qrişunini mükafatlandırdılar.
Tədbirdə nitq söyləyən İsmayıl İsmayılov Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirdi: "Zəfər günləri" Avropa Oyunlarının startından bəri ənənəvi olaraq hər gün keçirilir. İdmançılarımızın ilk gündən medallar qazanması dövlətimizin bu sahəyə olan qayğısının bəhrəsidir. Bu qayğının da əsası Heydər Əliyevin vaxtında qoyulub. İdmançılarımız ötən il müxtəlif ölkələrdə ümumilikdə 805 medal qazanıblar. Azərbaycan idman sahəsində artıq hegemon dövlətlərdəndir". Nazir müavini Azərbaycanın Avropa Oyunlarındakı medal sayının artacağını dedi: "Avropa Oyunlarında da bu günə qədər artıq 35 medal əldə etmişik ki, bu da əlamətdar hadisədir. Gimnastika üzrə yarışlarda 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmağımız I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısının nəticəsidir. İnanıram ki, digər idman növlərində də medallarımız olacaq. Samboçularımızdan 4-ü artıq finaldadır. Həmçinin 3-ü bürünc medal uğrunda mübarizə aparacaq. Boksçularımızdan da medallar gözləyirik. Bundan başqa, cüdo yarışları da hələ başlamayıb. Cüdoçularımızın da etimadı doğruldacaqlarına əminəm".
İsmayılov sonda dedi ki, Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilən bir turnirdir. Sonra söz incəsənət nümayəndələrinə verildi. Ənənəyə uyğun olaraq tədbirə hər bir zəfər günündə tanınmış incəsənət nümayəndəsi qatılır.
Gənc müğənni Valeh İsrafilov öz ifası ilə məclisə xüsusi kolorit qatdı. Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olundu. Onların qələbə ilə bağlı bizlərə yaşatdığı tarixi anlar geniş ekranlarda nümayiş olundu.Son qaliblərin hansı təəssüratda olmaları ilə bağlı qəzetimiz üçün onlardan açıqlama aldıq.
Avropa Oyunlarında gümüş medal qazanan Marina Durunda bildirdi ki, Avropa Oyunlarında çıxış etmək çox məsuliyyətli idi: "Şadam ki, medal əldə etməklə mənə bəslənən ümidləri doğrultdum. Mən qazanılan uğura tək imza atmamışam. İkinci yeri tutmaqla məşqçimi, yaxınlarımı, azarkeşləri sevindirdim. Bu uğuru bütün Azərbaycana həsr edirəm. Nailiyyətimdə məşqçilərin və Gimnastika Federasiyasının rolu danılmazdır. Hamı - qohumlarım, dostlarım, federasiya rəhbərliyi məni bu uğur münasibətilə təbrik etdi. Məşqlərdə çox çalışırdım. Bunun bəhrəsini gördüm. Avropa Oyunlarında hər şey yüksək səviyyədə idi. Mənə dəstək olan hər kəsə minnətdaram. Bu uğura tək imza ata bilməzdim". Gənc idmançı bu uğurdan sonra da gərgin məşq edəcəyini bildirdi: "Arxayınlaşmaq olmaz. Qarşıda turnirlər var. Olimpiadaya lisenziya qazanmalıyam. İndi məsuliyyətim daha çoxdu. Həddindən artıq işləmək və növbəti yarışlarda da yüksək səviyyədə çıxış göstərmək lazımdır".
I Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan gimnastı İlya Qrişunin isə açıqlamasında Azərbaycan Gimnastika Federasiyası, məşqçisi və onu dəstəkləyən tamaşaçılara minnətdarlığını bildirdi: "Mənə olan etimadın 80-90 faizini doğrultdum. Şadam ki, məşqçim razı qaldı. Qələbəmdən həyat yoldaşım, uşağım və anam da şad olub. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu medalı çoxdan qazanmaq istəyirdim. Əlimdən gələni etdim və nəticə özünü gözlətmədi. İmza atdığım uğurdan sonra şokdayam. İndi beynimdə ancaq bir fikir var: yatmaq. Çünki son illər istədiyim qədər yata bilməmişəm. Nəticə ürəyimcədir. Verilən tapşırığın öhdəsindən 90 faiz gəldim. Mənə bəslənən ümidləri puç etmədim. Gimnastika Federasiyasının rəhbərliyinə bizə yaradılan şəraitə görə təşəkkür edirəm. Bütün azərbaycanlı azarkeşlərə minnətdaram. Valideynlərimi, həyat yoldaşımı, övladımı təbrik edirəm. Sağ olun ki, azarkeşlik etdiniz. Mənim çıxışım zamanı övladım yuxuya gedib. O hələ başa düşmür ki, atası uğura imza atıb. Ümid edirəm ki, övladım da böyüyəndə gimnastika ilə məşğul olacaq. Bəlkə də, bir yerdə məşğul olacağıq. Avropa Oyunlarının mükafatçısı olmaq arzum idi. Finala çıxanda əmin oldum ki, medal qazanacam. Tribunalar məni möhtəşəm dəstəklədi. Bir qram da həyəcanım yox idi. Hər şey yüksək səviyyədə oldu. Bunu təkcə mən yox, digər idmançılarımız da təsdiqləyir. Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarını xatırladır".
Tədbirə MOK rəsmisi kimi qatılan Zərifə Salahovadan da qəzetimiz üçün açıqlama aldıq. O bildirdi ki, rəhbərlik etdiyi muzey nadir mədəniyyət nümunələrindən biridir: "2002-ci ildə yaradılan muzeydə 64 ölkədə nəşr olunmuş 5700 kitab nümayiş etdirilir. Muzeydəki nadir kitablar təxminən 32 ilə toplanıb. Qeyd edək ki, buradakı kitablardan ən kiçiyinin həcmi 0.75 x 0.75 millimetr, böyüyünün həcmi isə 100x100 millimetrdir. Maraqlıdır ki, muzeydəki ölçüsü 75 millimetrdən az olan 2913 kitab Ginnesin Rekordlar Kitabının tələblərinə cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimlərinə həsr olunmuş "Vətənə, dövlətə, xalqa sədaqət andı", "Heydər Əliyevin neft strategiyası", "Heydər Əliyevin xatirəsinə poema", "Azərbaycan Respublikası", "Xoşməramlı səfir", "Kitabi-Dədə Qorqud", "Qurani-Kərim", "Koroğlu", Nizami, Xaqani, Məhsəti, Nəsimi kimi klassiklərimizin, onlarla müasir Azərbaycan ədəbiyyatı nümayəndəsinin, dünya ədəbiyyatının Şekspir, Bayron, Puşkin kimi korifeylərinin əsərləri nümayiş etdirilir. Sevindirici haldır ki, mən Avropa Oyunlarını da canlı izləyə bilirəm. Oyunlardan sonra tədbirlə bağlı bir neçə miniatür kitab buraxmağı düşünürəm ki, həmin kitabların analoqu olmayacaq". Tədbir incəsənət nümayəndələrinin ifalarından sonra başa çatdı.
Məhəmmədəli QƏRİBLİ

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ