Onun sözlərinə görə, Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen yarışların çox yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanda dövlətin idmana diqqət və qayğısından məmnunluğunu bildirib: "Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini biz gözləyirdik. Çünki buna hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunmasına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi”.