şənbə günü, 28 noyabr 2026
     

Anti-Azərbaycan şəbəkənin Rebekka Vinsent problemi…

Image


Olimpiya Oyunlarına Qarşı Beynəlxalq Şəbəkə (CON) 2012-ci ildə təsis edlib (https://counterolympicsnetwork.wordpress.com/about/). Adı bir qədər çaşdırıcıdır, yəni əslində CON təmsilçiləri olimpiadalara qarşı deyillər. Hədəfləri Olimpiya oyunlarına sponsorluq edən transmilli korporasiyalardır.

Başqalarından fərqli olaraq niyyətlərini gizlətməyən CON təsisçiləri açıq şəkildə bildirirlər ki, təşkilatlanmalarının səbəbi təmsil etdikləri şirkətlərin Olimpiya oyunlarının sponsorları sırasında qatılmalarına nail olmaqdır (http://vse-o-sochi.ru/olympic-games-2014/423-aktivizirovalos-antiolimpiyskoe-dvizhenie.html ): "İri şirkətlər Olimpiya oyunlarına sponsorlu etməklə bir tərəfdən reklam olunurlar, digər tərəfdən isə burada öz məhsullarının satışını təşkil etməklə ikitərəfli qazanc əldə edirlər. Amma Olimpiya oyunlarının sponsorluğu ənənəvi olaraq bir qrup transmilli korporasiyalara həvalə olunduğu üçün, başqaları bu sıraya müdaxilə edə bilmirlər, nəticədə böyük maliyyə vəsaiti qazanmaqdan məhrum olurlar”. İnternet saytlarındakı məlumatdan aydın olur ki, CON-u Olimpiya oyunlarına sponsorluq edən ənənəvi şirkətlərin rəqibləri yaradıblar və məqsədləri sponsorlar sırasında yer tutmaqla yeni iqtisadi imkanlar əldə etməkdir.

CON 2012-ci ildə Londonda, 2014-cü ildə Soçidə Olimpiada keçirilən zaman aktivləşmək istəyib. Amma mövqeyi qeyri-ciddi qarşılandığı üçün səhnədən silinib. Mövzunu dəyişib ayaqda qalmaq üçün manevr də edə bilməyiblər. Məsələn, Soçi olimpiadası ərəfəsində diqqət mərkəzinə gəlmək üçün Rusiyada "Çərkəzlərin soyqırıma məruz qalmasına qarşı kampaniya” keçirmək istəsələr də, populyarlıq qazana bilməyiblər. İnsan haqları müstəvisində oyun qurmaq cəhdləri baş tutmayıb. Uğursuzluqdan yaranan ruh düşkünlüyü toparlanmalarına imkan verməyib və 2015-ci il Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində hər hansı bir aksiya planlaşdırmayıblar. Amma nə qədər künc-bucaqda qalmış olsalar da, Rebekka Vinsentin diqqətindən yayınmayıblar.

Bakı Oyunları ərəfəsində ABŞ-ın yönləndirməsi ilə anti-Azərbaycan kampaniyaya cəlb edilmiş 3 koalisiya, 12 QHT-yə, bir o qədər də KİV-ə koordinator təyin edilən bu xanım, heç bir uğur qazana bilməyib və sonda "boğulmamaq üçün saman çöpünə əl atıb”. Rebeka Vinsent, düşdüyü məğlub durumdan çıxmaq üçün iyunun 20-də CON-a üz tutub. Tvitter səhifəsindən CON-a ünvanladığı "Bakıda oyunlar bitir, nə düşünürsüz?” sualını, əslində bu xanımın düşdüyü durumun göstəricisi kimi şərh etmək mümkündür. I Avropa Oyunlarının açılış mərasimində çıxış etmiş Ledi Qaqaya koordinatoru olduğu "İdman və İnsan haqları” koalisiyası adından müraciət göndərib Bakı əleyhinə ifadə almaq istəyən, istəyinə nail olmayınca CON kimi küncdə qalmış təşkilatlara üz tutan Vensentin hərəkətləri məntiqi ardıcıllıqdan daha çox, uğursuzluq sindromundan çıxmaq cəhdinə bənzəyir. Düzdür, özündən ağıllıların məsləhətlərini dinləyərək sonradan bu müraciəti səhifəsindən silsə də, bu, onun düşdüyü durumun mənzərəsini dəyişmir. Qınamaq da olmur, sərf edilən milyonlarla vəsait, böyük media və QHT resursu qarşılığında Rebeka Vinsentə həvalə edilən missiya tam iflasa uğradı. Oyunlarında bu xanımın da rol aldığı məlum güc mərkəzinin iradəsinin ziddinə olaraq, Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirmək, siyasiləşdirmək mümkün olmadı, Bakı Oyunlarının boykotu baş tutmadı. Heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkə MOK-u siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. ABŞ-ın və onun Avropadakı bütün resurslarının cəlb edildiyi anti-Azərbaycan kampaniyası alt-üst oldu. Bu kampaniyada onlara dəstək vermiş "5-ci kolon” üzvlərinin toxunulmazlığı belə təmin edilmədi, onları hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. Bir həftə içində I Avropa Oyunları bitəcək: Azərbaycanın uğuru, anti-Azərbaycan qüvvələrin məğlubiyyəti ilə.

Artıq bir mərkəzdən idarə olunan xarici anti-Azərbaycan şəbəkənin də arqumentləri bitib. Nə qədər eyni qondarma mövzunu diqqətə gətirmək və gündəmdə saxlamağa çalışmaq olar. Axı beynəlxalq medianın də öz dəyərləri, kodeksləri, informasiya siyasəti, informasiyaya yanaşma və təqdimat meyarları var. Onlar da öz nüfuzlarını boş və mənasız məsələlərə xərcləyə, qeyri-obyektiv və aktuallıq kəsb etməyən mövzuları günlərlə əsas xəbər kimi az qala manşetdə saxlaya bilməz və hətta "qüdrətli mərkəzlərin mənafeyi naminə” öz imiclərinə bu qədər kobud zərbə vura bilməzlər. Adi oxucu da bu yanaşmanın kampaniya xarakterli olduğunu görür və günlərlə təkrarlanan mövzudan bezərək həmin media orqanlarına müraciət edib-etməmək haqqında düşünür. Buna görə də "Assoşeyted Press” kimi nüfuzlu media orqanının bir daha stadionlarda "boş oturacaqlar” axtarışına çıxmayacağını, BBC-nin bir həftə bundan əvvəl xüsusi təşkil olunmuş "cəbrayıllı Bono”nun sərgüzəştlərini yanlış şəkildə təqdim etməyəcəyini, "The Guardian”ın da jurnalistlərin yazılarını təhrif olunmuş şəkildə verməyəcəyini deməyə əsas vardır.

Vinsentin çaşqın durumu onun təsir dairəsində olan anti-milli KİV-lərin fəaliyyətində də hiss olunur. "Meydan TV” tənqid etməyə mövzu tapmayınca, qondarma problemlər yaratmağa başlayıb. Yaşadığımız həftə içində çəkdiyi mövzu qıtlığını həftə sonunda "Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviçi bir saat ərzində öldürüb-diriltməklə” kompensasiya etmək istədi. Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının internet səhifəsindən 2010-cu ilə aid qondarma və naftalin iyi verən diaqram tapıb səhifəsinə yerləşdirməklə sübut etməyə çalışdı ki, sən demə, Azərbaycan da az qala Ermənistan qədər qeyri-tolerant ölkə imiş.

Qrupun başqa bir təmsilçisi-"Azadlıq” qəzeti isə daha "səmimi davrandı”. "Avropa Oyunları özündən sonra hansı problemləri buraxacaq?” (http://www.azadliq.info/xeberler/358-xeber/68922-avropa-oyunlar-oezuendn-sonra-hans-problemlri-buraxacaq.html ) başlıqlı yazıda artıq I Avropa Oyunları dönəmi bitmiş sayılır, növbəti mərhələ üçün fəaliyyət proqramları qurulur, problem yaratmaq üçün tezislər müəyyənləşdirilir. Yazıda etiraf olunur ki, bu cür möhtəşəm tədbirlər keçirmək "hətta inkişaf etmiş, oturuşmuş dövlətlərdə belə, ...təlatümlər yaradır”. Ölkənin gələcəyini problemlər məngənəsində göstərmək istəyən bu cümlələrin müəllifləri, özlərindən asılı olmayaraq, Azərbaycanın uğurunu etiraf ediblər: bəli, bu cür möhtəşəm tədbirlər təşkil etmək hətta böyük dövlətlər üçün çətindir. Amma Azərbaycan bütün çətinlikləri aşa bildi, rəqiblərini isə müşkülə saldı. I Avropa Oyunları problemsiz bitdi, rəqiblər isə indi "bəs sonra” sindromundan əziyyət çəkirlər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ