Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bilib. Bu barədə Trend-ə Rusiyanın üzgüçülük üzrə milli komandasının məşqçisi Vladimir Avdeyev deyib.
O bildirib ki, atletlər üçün yaşayış şəraiti, qidalanma, nəqliyyat – hər şey ən yüksək səviyyədə təşkil olunub: "Hər şeydən razıyıq. Hətta təşkilati işlərə heyran qalmışıq. Bilirsiniz ki, Rusiya medal hesabına görə birinci yerdədir və medallarının sayını artırmağa davam edir. Ötən il Avropa birinciliyində 22 qızıl medal qazanmışdıq. Bu il daha yaxşı nəticə göstərmək niyyətindəyik. Gənclərdən ibarət heyətimiz iyunun 23-ü çıxış edəcək. Hovuz əladır, hər şey yüksək səviyyədədir”.