şənbə günü, 28 noyabr 2026
     

"Bakı-2015"də iki medal qazanan ilk Azərbaycan idmançısı...

Image


Qalibə medalı Azərbaycanın birinci xanımı təqdim etdi

Medallarımızın sayı dünən 29-a çatdı

İyunun 19-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Bakı-2015" I Avropa Oyunlarının mükafatçıları ilə gündəlik ənənəvi görüş keçirildi. Qeyd edək ki, ənənə halını alan bu formatda Azərbaycanı təmsil edən qalib idmançılara mükafatlar təqdim olunur. "Zəfər Günləri" adlanan bu tədbir televiziya vasitəsilə canlı yayımlanır.
Gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionlarımız Namiq Abdullayevlə Fərid Mansurovun iştirak etdiyi görüşə yarışın VII günündə fəxri kürsüyə qalxan idmançılar qatılmışdı.
MOK rəsmisi və digər qonaqlar qızıl medalçı Milad Beiqi Harçeqani (taekvondo, 80 kq), gümüş mükafatçılar Fəridə Əzizova (taekvondo, 67 kq) və Oleq Stepko (idman gimnastikası), həmçinin bürünc medal qazanan sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədovu (125 kq) mükafatlandırdı.
Tədbiri açıq elan edən Çingiz Hüseynzadə medal qazanan idmançılarımı təbrik etdikdən sonra sözü müsiqiyə verdi. Qeyd edək ki, hər gün ənənəyə uyğun olaraq bir populyar müğənni "Zəfər günləri"nin qonağı olur. Budəfəki qonaq Günay İbrahimli idi. O öz ifasını təqdim etdikdən sonra söz gənclər və idman naziri Azad Rəhimova verildi. Nazir bildirdi ki, yığmamızın uğurlu çıxışı sevindiricidir: "Biz hətta dünyanın ən inkişaf etmiş ölkələrindən belə irəlidəyik. Sevincimizin həddi-hüdudu yoxdu. Azərbaycan indiyədək heç vaxt bu qədər medal qazanmamışdı. Yığmamız Avropa Oyunlarında yüksək səviyyədə çıxış edir. Komandamızın böyük potensialı var. İnanıram ki, bu uğurların davamı gələcək".
Rəhimov onu da qeyd etdi ki, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü ilə yığmamızın şərəfini qoruyan idmançıların valideynləri yarışın bağlanış mərasimində iştirak edəcək. Bu məqsədlə onlara avtobus və stadionda yerlər ayrılacaq.
Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atdılar və onlara hədiyyələr təqdim olundu.
Tədbir sonrası hər bir qalib idmançının qələbə təəssüratları ilə bağlı onların münasibətini öyrəndik.
İlk Avropa Oyunlarının idman gimnastikasında təmsil olunan Oleq Stepko çoxnövçülükdə gümüş medal qazanması barədə danışdı: "Ardıcıl ikinci medalımı qazandım. Bundan əvvəl komanda şəklində yığma ilə birlikdə bürünc medal qazanmışdım. Bütün azarkeşlərə təşəkkür etmək istərdim. Mübarizə çətin idi, çünki İlk Avropa Oyunlarında ən güclü idmançılar iştirak edir. Gümüş medal növbəti yarışlara daha ciddi hazırlaşmağa böyük stimul olacaq".
Stepko idmançılar üçün Atletlər kəndində yaradılan şərait barədə də danışdı. Onun sözlərinə görə, bütün qonaqlar və yerli idmançılar yaradılan şəraitdən razıdır: "Atletlər kəndində bizim üçün hər cür şərait var. Həm istirahət, həm də hazırlıq baxımından problem yoxdur. Qidalanma üçün iki restoran fəaliyyət göstərir. Azərbaycan ilk Avropa Oyunlarını dünya standartları səviyyəsində təşkil edib".
Xatırladaq ki, sərbəst hərəkətlərdən sonra 18 iştirakçı arasında 6-cı olan Oleq Stepko həlledici məqamda xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı çıxışı ilə 2 hərəkətin cəmində 29,900 xalla 2-ci yerə yüksələn Stepko mövqeyini sonadək qorudu. Gimnastımıza medalı 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva təqdim edib. Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub.
Taekvondoçu Milad Beiqi Harçeqani isə çempionluq sevincini belə bölüşdü: "Mən "Bakı-2015" Avropa Oyunlarında 80 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxdığım üçün özümü xoşbəxt sayıram. Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm".
Gümüş medal qazanan Azərbaycan taekvondoçusu Fəridə Əzizova isə bildirdi ki, sona qədər ona dəstək olan və inanan Azərbaycan xalqına təşəkkürünü bildirir: "Təəssüflər olsun ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə Azərbaycan xalqından üzr istəyirəm".
Avropa Oyunlarının finalında Anastasiya Barışnikovaya (Rusiya) məğlub olaraq gümüş medalla kifayətlənən idmançımız məğlubiyyətin səbəbini də açıqladı: "Artıq 4-cü dəfədir rusiyalı idmançıya uduzuram. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm".
Avropa Oyunlarının digər mükafatçısı Hacı Əliyev isə qələbəsini Azərbaycan xalqına həsr etdiyini dedi:
"Azərbaycan xalqının dəstəyi ilə növbəti medalımızı birinci Avropa Oyunlarının idman tarixinə yazdıq. Mən idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Ölkəmizin dövlət bayrağını qaldırmaq mənim üçün inanılmaz məsuliyyətdir. Mənə dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Qələbə qazanmağımda azarkeşlərin böyük rolu oldu. Tamaşaçılardan növbəti yarış günləri üçün də böyük dəstək gözləyirik. Rəqibimdən zəif olduğumu heç də düşünmürəm. Sadəcə nasazlığım qələbəmi əlimdən verdi. Biz əlimizdən gələni etməliyik ki, bayrağımız ən yüksəklərdə dalğalansın. Bizim idmançılar qələbəyə layiqdir. Las-Veqasda keçiriləcək dünya çempionatında ən yüksək nəticə göstərəcəyimə əminəm".
Sərbəst güləş yarışlarında üçüncü yeri tutan Ruslan Dibirhacıyev isə bildirdi ki, etimadı doğrulda bilib: "Bürünc medal qazanmaqla Avropa tarixində ilk dəfə olaraq keçirilən idman bayramına adımı yazdırmaqdan çox şadam. Əlbəttə, birinci yeri tutmaq, azarkeşlərə, ailəmə daha böyük sevinc yaşatmaq istəyirdim. Bürünc medal qazandım. Amma bu da məni sevindirir. Şadam ki, mənə olan inamı doğrulda bildim. Minlərlə adlı-sanlı idmançı arasında qələbə qazanmaq çox gözəl hissdir. Tamaşaçıların ürəkdən azarkeşlik etməsi mənə əlavə güc verdi. Buna görə də medalı onlara həsr edirəm. Bundan sonra dünya çempionatına hazırlaşacağam. Azarkeşlərə söz verirəm ki, dünya çempionatında qızıl medal qazanacağam".
Avropa Oyunlarının digər bürünc mükafatçısı, Azərbaycan güləşçisi Cəmaləddin Məhəmmədov isə bildirdi ki, əsas rəqibi olan Türkiyə güləşçisi ondan daha hazırlıqlı olub": Mən idmançıları Oyunlara hazırlayan və onlara dəstək olan məşqçilərə də təşəkkürünü bildirirəm. Mən, həmçinin, azarkeşlərə də minnətdarlığımı bildirmək istəyirəm. Onlardan belə dəstək gözləmirdim, azarkeşlərimiz bizə çox güclü dəstək oldular. Hazırda Las Veqasda baş tutacaq Dünya Çempionatı çərçivəsindəki yarışlara hazırlaşıram. İnşallah, lisenziya qazanarıq və Rio de Жaneyro Olimpiya Oyunlarında layiqli yer tutarıq".
Sonra idmançılar icəsənət nümayəndələrilə birlikdə kameralar qarşısında rəqs etdilər. Tədbirin sonunda Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayevu idmançılarımızı parlaq qələbə münasibətilə öz adlarından təbrik etdilər.
Tədbir incəsənət nümayəndələrinin çıxışından sonra yekunlaşdı. Qeyd edək ki, dünən günorta saatlarına olan məlumata görə, Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayı 29-a çatmışdı. Yarışlar davam edir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ