şənbə günü, 28 noyabr 2026
     

“Frans Press” yoxsa “Frans pressing”?!

Image


Jurnalist etikasında milli, dini, irqi və cinsi diskriminasiyanın yolverilməzliyi prinsipi var. Hər şey məhz peşə etikasının norma və prinsiplərinə əməl etməməkdən başlayır. Və cəmiyyətlə işləyən dinamik bir sahə kimi, jurnalistikada müəyyən meyarlar və qırmızı cizgilər mütləq nəzərə alınmalıdır. Jurnalist olaraq biz hisslərin bizi idarə etməsinə imkan verməməliyik. Əks halda jurnalistikanın ali prinsipi olan obyektivliyi pozmuş olarıq.

SİA-nın xəbərinə görə, necə ki, Fransanın nüfuzlu "Frans Press” agentliyi Avropa Oyunları ilə bağlı hazırladığı video və yazılı materiallarla bu addımı atmış oldu. Dünyanın sayılıb seçilən fransız xəbər agentliyi sanki illərdir fəaliyyət göstərməyə çalışdığı jurnalistika prinsiplərini bir anlıq unudub. Onlar özünə hörmət edən media institutlarının jurnalistika peşəsinin ən vacib kriteriyalarından biri olan balansı qorumaq , fərqli tərəflərin fikirlərinə bərabər yer vermək prinsipini kobudcasına pozurlar. Azərbaycanda insan hüquqları müdafiəsinin və media azadlığının aşağı səviyyədə olması ilə bağlı müxtəlif iddialarla çıxış edən şəxslərin fikirlərinə yer verildiyi halda , əks tərəfin mövqeyinə müraciət olunmur, fərqli düşünən tərəflərin fikirlərindən istifadə olunmur . Təəssüf ki, "Frans Press” illərdir oxuyucularının etimadını qazanmasında əsas cəhəti olan obyektivlik hissini Azərbaycana gəldikdə unudur, heç bir statusu və səlahiyyəti olmayan fərdlərin dediklərinə istinad edərək ölkəni ittiham edir . İdman bayramına ev sahibliyi edən və bütün Avropaya sülh, dostluq mesajı verən Azərbaycana qarayaxmağa cəhd edir . Özünü media təmsilçisi kimi yox, peşə səlahiyyətlərini aşaraq , hansısa müstəntiq və ya beynəlxalq hüquq müdafiəçisi kimi aparır. Sanki bu nüfuzlu media orqanının adı "Frans Press” yox obrazlı desək "Frans Pressinq”dir və əsas fəaliyyəti də elə müstəqil dövlətlər və qurumlara "pressinq” eləməkdir. Əlbəttə, 65 illiyi qeyd olunan , insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradıcı sayılan Fransanın media orqanın belə bir addım atması məyusluq və utanc hissi yaradır. Və bu nüfuzlu media orqanının bu addımı bütövlük Fransanın "insan hüquqlarının beşiyi və keşikçisi” adına xələl gətirir.

Maraqlısı odur ki, beynəlxalq səviyyədə etimada iddia edən bu media orqanı lap burnunun ucunda , Fransada baş verən hadisələrə qeyri-obyektiv, bir çox hallarda isə jurnalistikanın qaydalarına zidd formada yanaşır . Misal üçün, götürək Peyğəmbərin və islami dəyərlərin təhqir edilməsi ilə özünə "nüfuz” qazanmağa çalışan "Charlie Hebdo" jurnalı ilə bağlı hadisəyə. Bu jurnalda 2008-ci ildə o dövrki prezident Nikolya Sarkozinin oğlu Jan Sarkozini tənqid edən karikatura dərc edilmişdi.

Karikaturada iddia olunurdu ki, Fransanın məşhur yəhudi milyonçusunun qızı ,"Darty” adlı ən iri məişət texnikası şəbəkəsinin varisi Cessika Sibun-Darti ilə nişanlanan 21 yaşlı prezident oğlu "uzağa gedə bilməyən görünməmiş opportunistdir”. Maraqlıdır ki, həmin karikaturaya o cümlədən "obyektiv” "Frans Press”də çox tez bir zamanda kəskin reaksiya verildi və karikaturanın müəllifi olan 79 yaşlı Maurice Sinetə əsl savaş elan edildi, hətta o, nəticədə işdən qovuldu. Bu zaman şərəf və ləyaqətin təhqir edilməsi, böhtan atma kimi jurnalistika prinsiplərinə istinad edildi. Görəsən "Charlie Hebdo" jurnalı Fransa əhalisinin müəyyən hissəsini və dünya əhalisinin az qala 25 faizini əhatə edən müsəlmanları təhqir edəndə niyə eyni yanaşma şamil edilmirdi? Niyə dini dəyərlər daim istehza və məzxərə hədəfi olurdu , amma "Frans Press” susurdu ? Bu faktın özü Avropa jurnalistikasında ikili standartların olmasının ən bariz nümunəsidir. Təbii ki, buna aid çox misal çəkmək olar. O cümlədən, Fransa parlamentinin aşağı palatasının qondarma erməni "soyqırımının” inkarınını qadağan edən qanun layihəsinin qəbulunu .

Müasir dünya tarixində görülməmiş bir utanc hadisəsi baş verirdi. Qondarma "soyqırımı” tanımayan şəxsi 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiqi gözləyirdi. Hüquq müdafiə keşikçisi olmaq istəyən "Frans Press” isə obrazlı desək , ağzına su alıb gözləyirdi. Sanki bu böyüklükdə, sözün əsl mənasında, biabırçılığı görmür və eşitmir.

Biz hətta Fransanın bu nüfuzlu agentliyinin Cənubi Qafqazın xəritəsində qondarma Dağlıq Qarabağ rejimini dəfələrlə müstəqil dövlət kimi göstərməsi faktını da yada sala bilərik . Amma əsas məqsədimiz bu deyil. Biz bu qərb mediasının aparıcı üzvünün yalnız və yalnız obyektiv jurnalistika qaydalarına riayət etməsini arzulaya bilərik. Əks halda "Frans Press” , ən azı Azərbaycan oxucusunun gözündə bütün nüfuzunu itirə bilər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ