Gimnast qeyd edib ki, Bakıda əla gimnastika arenası var: "O, gimnastlar və tamaşaçılar üçün rahatdır".
Avropa Oyunlarında iştirak edən Polşanın boks üzrə qadın boksçusu Sandra Drabik isə deyib ki, Bakıda 2015 birinci Avropa Oyunlarında təşkilatçılıq çox yaxşı səviyyədədir. İdmançıların qaldığı binalar, qidalanmamız əladır.
Bakıda ilk Avropa Oyunlarında çempion olacağına ümid etdiyini deyən polşalı idmançı Azərbaycan boksçusu Anaxanım Ağayeva üzərində qələbəsindən də danışıb: "Döyüş gərgin keçdi. O, yaxşı idi, amma mən ondan daha yaxşı idim”.