şənbə günü, 28 noyabr 2026
     

Adı demokratik olan Polşada əslində nələr olurmuş...

Image


Son vaxtlar dünyada, o cümlədən Avropada demokratiya, insan haqları kimi dəyərlərlə siyasi alver edən qərbin bəzi dairələri və onların pulla satın aldıqları müxtəlif kütləvi informasiya vasitələri özlərini və mənsub olduqları cəmiyyəti dünyanın meyarı hesab edir, bu və ya digər məsələyə yanaşmada Avropanı dünyanın hakimi rolunda görürlər.
Qeyd edək ki, son zamanlar Avropanın özündə irqçilik, neofaşizm, islamofobiya, polis zorakılığı, ekstremizm kimi mənfi tendensiyalar ağır və şiddətli bir formada geniş miqyas alıb və bu kimi mənfi hallar az qala bütün dünyanın gözü qabağında baş verir.
Qərbin müxtəlif dairələri və onlara pulla xidmət edən qəzetlər, jurnallar və digər nəşrlər, təəssüflər olsun ki, bu cür acınacaqlı və dözülməz halları görməzliyə vuraraq dünyada sülhün, dialoqun və əməkdaşlığın inkişafına töhfə verməyə çalışan ölkələrə, o cümlədən mühüm və mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycana qara yaxmaqdan, ölkəmizin ünvanına ağ yalan və quru böhtan yazmaqdan belə çəkinmirlər. Avropada insan haqlarının kobud şəkildə pozulduğu, demokratik və mənəvi dəyərlərin tapdandığı və olduqca acınacaqlı vəziyyətə düşdüyü ölkələrdən biri də Polşadır. Ötən əsrin 90-cı illərində "Varşava bloku" dağıldıqdan sonra özünün real müstəqilliyini əldə edən Polşa və bu ölkənin hakimiyyəti müstəqil iqtisadi və xarici siyasət həyata keçirmək əvəzinə siyasi və iqtisadi manipulyasiya ilə məşğul olaraq, Polşanı dünyanın qlobal layihələrindən kənarda qoyub və ölkə əhalisinin rifah halı, cəmiyyətdə mövcud olan demokratiya və insan haqları uzun illərdir ki, avropalıların meyar hesab etdiyi dəyərlərə yaxın belə düşə bilmir. Burada insan haqlarının kobud şəkildə pozulması ilə bağlı böyük problemlər mövcuddur.
Elə götürək məhkəmə sistemini. Bu sistemdə süni süründürməçiliklər hökm sürməkdədir. Polşada ksenofob və irqçi, o cümlədən digər hallar günü-gündən artmaqdadır. Diffamasiya qanunları söz və mətbuat azadlığını xeyli məhdudlaşdırıb, ölkədə söz və fikir azadlığı üçün ciddi problemlər yaranıb. Ötən il Polşa prokurorluğunun və kəşfiyyat rəsmilərinin "Wprost" həftəlik jurnalında reydlər keçirməsi və jurnalistlərin öz mənbələrini açıqlamamaq hüquqlarını kobud şəkildə pozaraq qanunsuz olaraq gizli səs yazılarını ələ keçirməyə çalışmaları özünü demokratik dəyərlər carçısı hesab edən bir ölkənin əsl simasını göstərdi. Yaxud 16 noyabrda keçirilən yerli seçkilərin nəticələrinə etiraz olaraq Dövlət Seçki komissiyasının qərargahına daxil olan və komissiya üzvlərinin istefasını və yeni seçkilərin keçirilməsini tələb edən bir qrup fəalı polislərin zorla binadan çıxarmaları, onlarla amansız rəftar etmələri, dinc aksiyanı işıqlandırmağa çalışan jurnalist Yan Pavliski və fotoqraf Tomas Qzelin isə peşə fəaliyyətlərini yerinə yetirərkən həbs olunmaları yalnız başına demokratiya maskası keçirmiş totalitar rejimin hökm sürdüyü bir cəmiyyətdə baş verə bilərdi. Və yaxud "Sərhədsiz reportyorlar"ın Polşadakı həbsləri və jurnalistlərin saxlanmasını pisləyən və onların dərhal azad olunmasını tələb edən, eləcə də bu təşkilatın Polşanın nəqliyyat naziri Slavomir Novakın 2013-cü ildə "Wprost" jurnalına qarşı qaldırdığı iddianı qətiyyətlə pisləyən bəyanatlarını xatırlatmaq kifayətdir.
Bir sıra beynəlxalq təşkilatların, o cümlədən İşgəncələrə qarşı Avropa Komitəsinin və Avropa İnsan hüquqları komissarının müvafiq hesabatlarında bir sıra Avropa ölkəsində, xüsusilə Polşada dustaqların saxlama kameralarında dözülməz şəraitin olması, polislərin dustaqlarla qeyri-insani rəftar etmələri ilə bağlı faktlar da mütəmadi olaraq əksini tapır. Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski ilk dəfə olaraq ölkəsində Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanasının mövcud olmasını etiraf edib. Avropa İnsan Hüquqları Məhkəməsi Polşanın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli saxlanma və işgəncə verilməsində birgə iştirakına qarşı qərar çıxarıb. Özünü "demokratik dəyərlərə" sadiq hesab edən Polşanın ABŞ-ın gizli saxlama proqramlarında iştirak edən ilk Avropa ölkəsi olması faktı bu ölkənin nüfuzunu beynəlxalq aləmdə çox mənfi imic qazanılması işinə xidmət edib. Sual olunur, bu cür gizli saxlanma proqramlarını iştirakçısı olan bir ölkənin aşkarlıqdan, demokratiyadan danışmağa mənəvi haqqı çatırmı?
Bütün bunlar demokratiyadan ağızdolusu danışan bir ölkənin siyasi hakimiyyətinin müstəqil olmamasını göstərən utancverici bir hadisədir. Bu, həm də Polşada hakimiyyətin dərin böhran keçirdiyini sübut edən faktlardan biridir.
Polşanın xarici siyasətində də uzun illərdir, çox maraqlı tendensiya müşahidə olunmaqdadır. Qonşulara qarşı təcavüzkar, riyakar və aqressiv xarici siyasət kursu götürən Polşa beynəlxalq hüquq normalarına məhəl qoymadan, demək olar ki, yalnız öz ambisiyalarının əsirinə çevrilib. Bu cür xarici siyasətlə ölkənin beynəlxalq nüfuzu həm Avropada, həm də dünyada sürətlə aşağı düşməkdə davam edir. Avropa İttifaqına daxil olduqdan sonra Polşa burada da özünün dağıdıcı xarici siyasətini davam etdirməyə başladı. Avropa İttifaqında Avropa ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi xətti tutmaq əvəzinə Polşa üzv ölkələr arasında ziddiyyətlər və qarşıdurmalar yaratmaqla süni çaxnaşmalara gətirib çıxaran bir yol tutdu. Cəmi 25 il əvvəl sosialist düşərgəsindən qopan və müasir demokratik dəyərlərlə bağlı özünün natamam fikirlərini və çılğın emosiyalarını Avropa İttifaqına daşıyan Polşa əslində bu dəyərlərin mahiyyətini və bu dəyərlərin fəlsəfəsinin nədən ibarət olduğunu özü doğru-düzgün anlaya bilmir. Və əfsuslar olsun ki, bu gün demokratiyadan və insan haqlarından dəm vuran Polşanın diplomatik danışıq tərzi və beynəlxalq davranış forması belədir. Totalitarizmin hökm sürdüyü və diktator rejim tərəfindən idarə olunan bir ölkədən bundan artıq nə gözləmək olar?




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ