şənbə günü, 28 noyabr 2026
     

Azərbaycan Prezidenti qızıl medallı idmançımıza telefon açdı

Image


İyunun 18-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Qeyd edək ki, ənənə halını alan bu formatda Azərbaycanı təmsil edən qalib idmançılara mükafatlar təqdim olunur. "Zəfər Günləri" adlanan bu tədbir "Lider" televiziyası vasitəsilə canlı yayımlanır. Azərbaycan idmançıları ötən gün ərzində 4 medal qazandıqları üçün onların hər biri MOK-un inzibati binasına təşrif buyurmuşdu.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin Olimpiya çempionları Rəfiqə Şabanova və Nazim Hüseynovun iştirak etdiyi mükafatlandırmada yarışın VI günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar növbə ilə səhnəyə dəvət edildilər. Səbəbkarların adlarını təqdim edirik: qızıl mükafatçılar Ayxan Tağızadə (taekvondo, 68 kq), Toğrul Əsgərov (sərbəst güləş, 65 kq), Xetaq Qazyumov (97 kq) və bürünc medal qazanan Cəbrayıl Həsənov (sərbəst güləş, 74 kq).
Tədbiri giriş sözü ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açdı. O, son nailiyyətlərdən məmnun qaldıqlarını bildirdi: "Zəfər günləri"miz davam edir. Dünən də idmançılarımız üçün uğurlu oldu. Güləşçilərimiz 3 medal qazandılar ki, ikisinin əyarı qızıl idi. Bir taekvondoçumuz da qızıl medala sahib çıxdı. Artıq beş gündür burada "Zəfər günü" keçiririk və hər gün yeni idmançılarla görüşürük. İnanıram ki, zəfərlərimiz davam edəcək"
MOK-un vitse-prezidenti xarici qonaqların da Bakı-2015-dən ağızdolusu danışdıqlarını vurğulayıb: "Bakıya gələn xarici qonaqlar, federasiya rəsmiləri paytaxtımıza valeh olublar. Onlar Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildiriblər".
Qeyd edək ki, hər "Zəfər günü" tədbirə bir populyar ifaçı dəvət olunur. Bu tədbirin isə qonağı tanınmış müğənni Natəvan Həbibi idi.
Müğənni də, öz növbəsində, idmançılarımızı salamaladıqdan sonra oxuduğu mahnılarla tədbirə xüsusi ovqat bəxş etdi.
Çingiz Hüseynzadənin növbəti çıxışından sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atdılar və onlara hədiyyələr təqdim olundu.
İdmançıların qalib olduğu anların fraqmentləri izlənildi.
Sonra idmançıların MOK-un konfrans zalından olan görüntüləri canlı efir vasitəsilə nümayiş etdirildi.
Tədbirin xüsusi proqram əsasında hazırlandığını nəzərə alsaq, idmançılarla eksklüziv müsahibə götürməyin nə dərəcədə çətin olduğunu anlamaq olar. Buna baxmayaraq, biz qalib idmançıların hər birinin yığcam təəssüratları ilə tanış ola bildik.
Avropa Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində sərbəst güləş yarışlarında Azərbaycana bürünc medal qazandıran güləşçimiz Cəbrayıl Həsənov bildirdi ki, ən böyük arzusu Azərbaycanda çempion olmaq idi: "Finala çıxmağa ümidim vardı. Təəssüf ki, alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam".
Onun sözlərinə görə, finalda Rusiya idmançısı ilə görüşərək Avropa çempionatının revanşını almaq istəyirmiş: "Finalda rus idmançısı ilə görüşmək istəyirdim. Onunla ötən il Avropa çempionatının finalında görüşmüşdüm. Onunla yenidən görüşmək, revanş almaq istəyirdim. Nədənsə qismət olmadı. İnşallah, gələn yarışlarda daha yaxşı hazırlaşıb yaxşı nəticələr əldə edərəm. Təbii ki, hər bir idmançı kimi, mənim də ən böyük arzum Olimpiya çempionu olmaqdır".
Qızıl mükafat qazanan Azərbaycanın sərbəst güləş yığmasının üzvü Toğrul Əsgərov isə bildirdi ki, qələbəni qazanmaq heç də asan olmadı: "Həqiqətən çox çətin oldu. İki ildən artıqdır uğursuzluq yaşayırdım. Avropa və dünya çempionatlarında uğursuzluğa düçar oldum. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım. Mən final görüşündə çox güclü idmançı sayılan İtaliya təmsilçisi Frank Kamizo Marquesi məğlub edə bildim".
Olimpiya çempionumuz qələbəni Azərbaycan dövlətinə həsr etdiyini əlavə etdi: "Olimpiya Oyunlarında, dünya çempionatında qələbə qazanmağa potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim yolum uzundur. İki il uğursuzluq oldu. Dizimdən əməliyyat olundum. Bir il döşəkdən kənarda qaldım. Bu bir ildə özümü toparlamaq çətin oldu".
Azərbaycana növbəti qızıl medalı qazandıran güləşçimiz Xetaq Qazyumov isə fikirlərini belə ifadə etdi: "Çox sevindirici idi. Doğma azarkeşlərin önündə qalib olmalı idik. Bunu bacardıq. Azarkeşlərə və bizə dəstək verən hər kəsə təşəkkür edirəm. Ən böyük sevincim isə ölkə Prezidentinin bizi izləməsi idi. Medalı şəxsən özü təqdim etdiyi üçün də ayrıca sevinirəm".
I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Ayxan Tağızadə isə dedi ki, taekvondo üzrə ilk qızıl medalı alıb:
"Mənə ümidlər böyük idi. Etimadı doğrultdum. Hamıya təşəkkür edirəm. Prezidentimiz İlham Əliyevə, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, şəxsi müəllimim, atam Əvəz Tağıyevə, baş məşqçim Reza Mehmandosta təşəkkür edirəm. Final döyüşüm çətin keçdi. Amma Vətəndə uduzmaq olmazdı. Azarkeşləri sevindirdim. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyəti daha da artırırdı. Buna görə də bütün gücümü sərf edərək qalib gəldim. Baş məşqçimin taktikasına uyğun hərəkət etdim və qızıl medal qazandım. Görüşlərim çətin oldu. Birinci döyüş digərlərinə baxanda çox çətin keçmədi. Amma ikinci görüşümdə 2012-ci ilin Olimpiya çempionu ilə qarşılaşdım. O həm də ikiqat dünya və Avropa birincisidir. Buna baxmayaraq, qələbə qazandım. Həmin görüşü cənab Prezident də zaldan izlədi. Daha sonra rusiyalı rəqibimlə qarşılaşdım. Keçən ay Rusiyada keçirilən dünya çempionatında ona uduzmuşdum. Bu dəfə revanş qarşılaşması idi mənim üçün. Görüş çətin keçsə də, qalib ayrıldım. Final da asan olmadı. Amma qələbə qazanıb çempion olmağı bacardım".
"Çempion olduqdan sonra ölkə Prezidenti İlham Əliyev zəng edərək sizi təbrik edib. Maraqlıdır, sizə nə dedi" sualına isə idmançımız belə cavab verdi: "Bəli, zəng etdi. Dövlət başçısı ilə telefonda danışmağı ağlıma belə gətirməzdim. Çox sevindirici və qürurverici haldır. Dövlət başçısı zəng edib mənimlə danışdı və dedi ki, sənin döyüşlərinə baxdım, peşəkar idmançı olmağına əmin oldum, inşallah, səni Rio-de-Жaneyroda keçiriləcək Yay Olimpiya Oyunlarında görəcəm. Mən də dedim ki, borcumuzdur, çox sağ olun.
İnşallah, bundan sonrakı hədəfim bu qaydada hazırlaşıb, Braziliyada keçiriləcək Olimpiadaya yollanmaqdır. İnşallah, orda da çempion olmaq istəyirəm.
Mən gənclər arasında Avropa çempionatında ikinci olmuşam. Yəni bu yarışa qədər medalım olub. Məndə arxayınlaşma yoxdur, olmayacaq da. İdmançı nəticə verə-verə daha da yüksəlməlidir".
Bir faktı da qeyd edək ki, Ayxanın şəxsi məşqçisi onun doğma atasıdır. Çempionun atası da qəzetimzə təəssüratlarını danışdı: "Ayxanı balaca vaxtından məşq etdirirəm. Oğlum kimi yox, bir idmançı olaraq tələbəmdən çox razıyam. Ayxanın bu qələbəsi asan olmadı. Nəzərə alsaq ki, həmin çəkidə olan ən güclü taekvondoçular məhz Avropadadır, qələbənin necə qazanıldığını təxmin edə bilərsiniz. Rəqiblərin arasında hətta Olimpiya çempionu vardı".
Son sualımızı yenə medalçımıza ünvanladıq:
- Şəxsi məşqçiniz olan atanız sizdən bu uğuru gözləyirdimi?
- Məndən çox razıdır. O bu yarışda uğur qazanacağımı gözləyirdi. Mənə inanırdı.
Tədbir incəsənət nümayəndələrinin ifalarından sonra yekunlaşdı.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ