Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər. Goal.com saytı yazır ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı Olimpiya Stadionu Çempionlar Liqasının final görüşünə yaxşı məkan ola bilər.
AFFA-nın baş katibi Elxan Məmmədov sayta müsahibəsində gələcəkdə bunun mümkünlüyünü istisna etməyib. O, deyib ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutur və regionda ən böyük stadiondur: "Onda nəyə görə Avropa və ya Çempionlar liqasının final görüşlərinə namizəd olmayaq?” - deyə o bildirib.
"Avro-2020"nin final mərhələsinin 4 oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.