Ötən gün I Avropa Oyunları yarışlarında indiyə kimi ən çox tamaşaçı iştirak edib. Trend-in məlumatına əsasən, bunu mətbuat konfransı zamanı Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.
O bildirib ki, tamaşaçıların əksər hissəsi Milli Gimnastika Arenasında yarışları izləyib: "İyunun 17-də açılış günündәn indiyə kimi әn çox tamaşaçının iştirak etdiyi yarışlar keçirilib. 32100 tamaşaçı 10 müxtəlif məkanda 19 idman oyununu izlәyib”.