"Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanla bağlı xeyli müzakirəyə səbəb olub”. APA-nın "opinion-internationale.com” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Fransa senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, bəzi tənqidçilər Azərbaycanda "demokratik dəyərlər”in tanınmadığını iddia edirlər: "Azərbaycanın 24 yaşlı çox gənc bir ölkədir. Aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir: "Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu oyunlarda iştirak etdi”.