O bildirib ki, siyasətçilərin problemli məsələlər barədə fikir mübadiləsi aparması üçün irimiqyaslı idman tədbirlərindən fərqli məkanlar da var.
A.Krasnitski qeyd edib ki, ola bilsin, onlardan bəziləri müəyyən qazanc əldə etmək üçün I Avropa Oyunlarından istifadə etmək istəyir: "Biz idmanla siyasətin qarışdırılmasına qarşıyıq”.
Polşa Olimpiya Komitəsinin prezidenti Bakıda I Avropa Oyunlarının açılış mərasiminin böyük və gözəl hadisə olduğunu hesab edir: "Mərasim həqiqətən gözəl təşkil olunmuşdu. Bunu tamaşaçıların və iştirakçı idmançıların gurultulu alqışları da təsdiq edirdi. Əlbəttə, hər tamaşaçının yaddaşında mərasimin bu və ya digər məqamı qaldı. Mənim xüsusilə milli komandaların təntənəli yürüşü xoşuma gəldi. Avropa ölkələrindən olan iştirakçı idmançıların təntənəli yürüşü, gözəl şou, rəsmi nitqlər, mərasimin bədii hissəsi uzun müddət yaddaşımda qalacaq”.