şənbə günü, 28 noyabr 2026
     

İkitərəfli Qələbə Formulu: I Avropa Oyunları başladı

Image


Paytaxt Bakı möhtəşəm tədbirə - ilk Avropa Oyunlarına layiqincə ev sahibliyi edir. Möhtəşəm aşılış baş tudu. Fəxri qonaqların – müxtəlif ölkələrin dövlət başçılarının, hökumət rəhbərlərinin iştirakı bu Oyunların nəinki Avropa, eləcə də dünya üçün də əhəmiyyətli olduğunu göstərdi.

Bütün iştirakçılar, qonaqlar, beynəlxalq və yerli ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini şahidi oldular. On minlərlə tamaşaçının, dünyanın siyasi liderlərinin, yerli və xarici vətəndaş cəmiyyəti təmsilçilərinin, media və QHT rəhbərlərinin, siyasi partiyaların, müxalifət partiyalarının liderlərinin iştirakı ilə baş tutan Birinci Avropa Oyunlarının açılış mərasimində yadda qalan və unudulmayacaq məqamlar mərasimin böyük zövqlə hazırlanmasının, icra olunmasının sübutudur.

Tamaşaçıların mərasimə qatılmasından, yaradılan kompozisiyalara, musiqi nömrələrinə qədər hər bir komponent öz-özlüyündə ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə, ölkə başçısının və Təşkilat Komitəsinin sədrinin müasir zövqünə, Azərbaycana bağlığına, sevgisinə adekvat, möhtəşəm və sözlə ifadə olunmayacaq bir final yaşadıq. Bu oyunların daha bir əhəmiyyəti özünü onda göstərdi ki, Azərbaycanda dövlətin və xalqın birliyi təsdiqləndi. İndiyə qədər deyilənlər – dövlət və xalqın vəhdəti var, Azərbaycan xalqı öz hakimiyyətinə, prezidentinə inanır, etibar edir, onun uzaqgörən siyasətini dəstəkləyir fikri bütün dünya üçün bir daha öz təsdiqini tapdı. Prezidentin düzgün qərarı xalq tərəfindən tərəddüdsüz dəstəkləndi. Ölkə vətəndaşları bilirdi ki, Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə böyük bir uğura imza atır. Vətəndaşın gözlədiyi də, istədiyi də bu idi. Ölkənin vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, millət vəkilləri, ictimai qurumlar, media bir təşkilat halında birləşib "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası yaradaraq, xalqın dəstəyini ifadə etdilər.

Bu gün hər kəs ölkə adına qazanılan bütün uğurlardan sonsuz fəxr duyur, Azərbaycanı daha çox tanıtmaq, dövlətimizin dünya dövlətləri arasında öz yerini tutmasını sevinclə qarşılayır. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə, tarixdə xüsusi yeri olacaq bir uğura imza atıldı. Qazandıqlarımızı saymaqla bitməz. Uğurlarımızın bəzilərini nüfuzlu yerli və xarici mətbuat yazır və yazacaq, vətəndaş cəmiyyətinin təmsilçiləri deyir. Amma bunun görünən və görünməyən, deyilən və deyilməyən tərəfləri də var. Onlardan bir neçəsinin əhmiyyətindən danışsaq, Birinci Avropa Oyunlarının təkcə Azərbaycan üçün deyil, həm də Avropanın özü üçün nə qədər əhəmiyyətlidir.

Bu, Azərbaycanın uğur olduğu qədər də Avropanın uğurudur. Bu fərqli aspektlərdən biri də Birinci Avropa Oyunlarının bütün dünya üçün sülh mesajı olmasındadır. Oyunlara ev sahibliyi etməklə, Azərbaycan yerləşdiyi çoğrafi regionda, Avropada, dünyada sülhün tərəfdarı olduğunu sübut etdi. Ev sahibi olaraq, yarışlara qatılan 48 ölkə ilə bərabər torpaqlarımızı işğal edən Ermənistan idmançılarını da qeyd-şərtsiz qəbul etmək, düşmən ölkənin idmançılarının və nümayəndə heyətinin təhlükəsizliyinə tam təminat vermək, təkcə protokol qaydası kimi deyil, eyni zamanda ölkə prezidentinin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dünyaya sülh mesajı kimi qəbul olunmalıdır.

Azərbaycanın uğurları Birinci Avropa Oyunlarının təşkilatçısı olmaqla nəinki qədim Avropada, uzaq Amerikada, yaxın Asiyada, isti Afrikada belə müstəqilliyinin cəmi 24 yaşı olan Azərbaycanı hər kəs tanıdı və tanıyacaq. Oyunlarla bağlı keçirilən rəsmi təqdimat mərasimləri, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyəti, media və vətəndaş cəmiyyəti institularının təşkil etdikləri turlar bu tanıtımda əhəmiyyəli rol oynadı. Son final isə oyunların rəsmi açılış mərasimi oldu. Hazırlıq və təqdimat mərhələləri, oyunların möhtəşəm açılış mərasimi Azərbaycanın təkcə neft-qaz ölkəsi olmadğı, böyük bir mədəniyyətə, incəsənətə, tarixə sahib olduğunu dünyaya çatdırdı. Bununla ölkəmizin müasirliyi, iqtidsadi potensialı, turizmin ən böyük düşərgələrindən biri olduğu haqqında məlumatlar dünyanın informasiya sistemində öz yerini tutdu.

Müasir dünyanın ən böyük ideoloji silahı informasiya hesab olunur. Yeni medianın, sosial şəbəkələrin imkanlarından yararlanmaqla, qərəzli və ənənəvi informasiya blokadası dağılır və həqiqəti əks etdirən informasiya mənbələri formalaşır, dünyanın informasiya sisteminə daxil olur. Güclü informasiya siyasəti qura bilən dövlətlər və xalqlar siyasi, iqtisadi düzəndə öz yerini tutur, diqtə olunan dövlətdən diqtə edən dövlətə çevrilir. Dövlətin gücünün və imkanlarının dünyaya açılması hər zaman güclü və sərhədsiz informasiya sistemi hesabına əldə edilir. Ölkənin malik olduğu böyük uğurlar güclü və geniş əhatəli informasiya sisteminin qurulmasıyla dövlətin mövcud resurslarının beynəlxalq aləmdə qəbul edilməsinə və dünyanın siyasi düzənində söz sahibi olmasına xidmət edir.

Birinci Avropa Oyunlarının bizə yaratdığı ən böyük imkanlardan biri də informasiya siyasətimizin möhkəmlənməsi, dayanıqlı olması, ölkəmizin mədəni-tarixi, siyasi-iqtisadi resursları haqqında məlumatların daha geniş çevrəyə çatıdırılmasındadır. İnformasiya sisteminin genişlənməsinə torpaqlarımızın işğalının bizə yaratdığı problemlərin çözülməsində təkcə dövlətlərin, siyasi təşkilatarın, siyasətçilərin deyil, ictimai qurumların, elm, mədəniyyət, idman adamlarının dəstəyinin qazanılması kimi də baxmaq vacibdir. 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı illər öncə ölkəmizin sərhədləri xaricinə çıxara bilmirdik. Haqq səsimiz eşidilimirdi. Uzağı Türkiyəyə, yaxud qonşu MDB ölkələrinə qədər gedib çıxa bilirdik.

Amma bu gün dünyanın əksər ölkələrində bu facidədən hər kəs xəbərdardır, ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Meksikada, Pakistanda da böyükmiqyaslı kütləvi tədbirlər, flaş-moblar təşkil olunur, dünyann 10-dan çox dövlətinin parlamentində Xocalı faciəsinin soyqırım olması ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə başlanan "Xocalıya Ədalət” kampaniyası məhz informasiya siyasətimizin formalaşması, problemlərimizin dünya ictimaiyyətinə təkcə çatdırılması deyil, həm də dünya dövlətlərinin, beynəlxalq qurumların, ictimai təşkilatların, elm, mədəniyyət adamlarının bizimlə bir sırada dayanması idi.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə nail olduğumuz informasiya siyasətinin daha da möhkəmlənməsi üçün yeni bir imkan əldə edilib. Azərbaycan haqqında əsl həqiqətlərin, torpaqlarımızın işğalı, təcavüzkar Ermənistan və havadarları hqqında dünyaya yeni informasiya çatdırmaq üçün mənbələrimiz və imkanlarımız genişlənir. Hazırda biz bunu yaşayırırq. Oyunlara qatılan idmançıların, xarici qonaqların, turistlərin hesabına yeni informasiya imkanları qazanırıq. Digər mühüm uğur isə qələbə əzmidir və bunu xüsusi qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin Atəşgah məbədindən alovlandırdığı Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu gəzdirildi. Naxçıvandan Qubaya, Qazaxdan Yardımlıya qədər. Ölkə əhalisi böyük coşqu və sevinclə, qürurla bu məşəli qarşıladı. Böyük bir bayram əhvalı yaşandı. Bu bayram əhvalı insanların ruhunu dəyişdi, gələcək qələbələrə inam hissi elə məşəl kimi alovlandı.

Etiraf etməliyik ki, müstəqilliyə qovuşduğumuz 91-ci ildən üzübəri təcavüzkar Ermənistanın işğaıçılığı, dünya dövlətlərinin ikili standartları hesabına itirilən torpaqlarımızın acısı içimizdəki bayram, qələbə əhvalını hər zaman kölgədə qoyurdu. Birinci Avropa Oyunlarının məşəli bütün ölkə boyu insanlara qələbə ruhu, inam, qələbə stimulu gətirdi. 24 illik müstəqillik tariximizdə bu qədər ruh, qələbəyə inam hissini müşahidə etmirdik. Prezidentin alovlandırdığı bu məşəl Azərbaycanda qələbəyə inam, qələbə uğrunda mübarizə ruhu formalaşdırıb. İndi uşaqda-böyüyə hər kəs "Ovod”un qəhrəmanı Artur Bertondan mübariz əhvalda olan idealist Feliçe Rivaresə çevrilib desək, səhv etmərik. Bu oyunlardan təkcə Azərbaycan deyil, Avropa da qazanır Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən 2 il 6 ay vaxt keçir. Az müddət ərzində bu qədər böyük miqyaslı tədbirə ev sahibliyi etməyən ölkə üçün infrastrukturların yaradılması böyük zəhmət tələb edirdi.

Təcrübədən məlumdur ki, bu kateqoriyadan olan beynəlxalq tədbirlərə hazırlıq üçün 4-7 illik bir müddət gərəkdir. Amma vaxt məhdudiyyətinə baxmayaraq, proses dünya standartlarına uyğun icra olundu. Möhtəşəm olimpiya futbol stadionu açılışı qəbul etdiyi kimi, digər idman arenaları digər oyun növlərini qəbul edir: Bakı Su İdmanı Sarayı, Velopark, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Bakı İdman Zalı, Kristal-1, Kristal-2, Kristal-3, Milli Gimnastika Arenası. Bunlar ancaq idman yarışları üçün nəzərdə tutulan infrastrukturlardur. İdmançılar Atletlər Kəndində möhtəşəm bir şəhərcikdə yaşayır. Bütün bunlar göstərir ki, Azərbaycanda qısa və məhdud zaman ərzidnə nə qədər böyük layihələr icra olunub. Media nümayəndələrinin oyunları daha yaxından izləməsi üçün infrasturkturun yaradlmasından, Media kəndi, media mərkəzlərinin təşkilindən, VİP qonaqlar üçün ayrıca oturacaqların quraşdırılmasına qədər böyük və əhəmiyyətli işlər görülüb.

Artıq İkinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda ikinci oyunlara ev shibliyi etmək istəyən ölkə müəyyənləşəcək. Oyunların standartları, ənənələri o qədər möhtəşəmdir ki, ikinci oyunlara ev sahibliyi edəcək ölkənin üzərinə Avropa Oyunlarını Azərbaycanın müəyynələşdirdiyi standartlara uyğun hazırlamaq və keçirmək kimi böyük məsuliyyət düşür. Amma qarşıda 4 il var. Eləcə də Azərbaycan təcrübəsi, mövcud standartlar, hazırlıq üzrə peşəkarlar, könüllülər var. Bu, təcrübə, peşəkarların olması, könüllülər, ən nəhayət cənab prezidentin də dediyi kimi Avropa Oyunları üçün Azərbaycan standartları Avropanın qazancıdır.

Bildiyimiz kimi qitə oyunlarının keçirilməməsinə görə Avropa Amerika və Asiyadan geri qalırdı. Amerika və Asiyada qitə oyunlarının tarixi 50 ildən çoxdur. Pan Amerika Oyunları 1955-ci ildən, Asiya Oyunları isə 1951-ci ildən keçirlir. Hər iki qitədə keçirilən oyunların illərdir oturuşmuş standartları mövcuddur. Avropada isə bu ilkdir. Ona görə də ilk təşkilatçılıq həm də risk sayılırdı. Standartların formalaşacağı, ənənələrin yaradılacağı, dünya miqyasında təbliğat işinin qurulması, ilk dəfə keçirilən Avropa Oyunlarını Amerika və Asiya oyunları səviyyəsində təqdim etmək son dərəcə məsuliyyət tələb edirdi.

Məsuliyyəti üzərinə götürən ölkə kimi Azərbaycan bunu uğurla yerinə yetirdi. İlk dəfə keçirilməsinə rəğmən, aparılan təbliğat işi o qədər yüksək səviyyədə quruldu ki, Avropa oyunları populyarlığına görə digər iki qitə oyunları ilə artıq eyni statusdadır. Asiya Oyunlarının əsas lider ölkəsi olan Çinin Birinci Avropa Oyunlarının yayımına lisenziya alması bunun sübutudur.

Mübaliğəsiz demək olar ki, ilk dəfə keçirilsə də, artıq Avropa Oyunları Avropanın özü qədər Asiyada da populyardır. Avropanın bu qazancında əsas pay sahibi isə ilk oyunların ağırlığını, məsuliyyətini üzərinə götürən, bu missiyanı layiqincə yerinə yetirən, möhtəşəm açılış törəni düzənləyən Azərbaycandır. Azərbaycanın ilk dəfə keçirilən Avropa oyunlarını 50 illik tarixi olan Amerika və Asiya oyunları ilə eyni statusda, standartlarla, ənənələrlə birgə Avropaya təqdim etməsi Avropanın ən böyük qazancıdır. Bir tarix yazıldı. O tarix ki, əsrlər keçəcək, dünya dəyişəcək, amma Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı unudulmayacaq. Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bir ilk və nümunə olaraq, hər zaman danışılacaq. Avropa Oyunlarının məşəli bu oyunlar zamanı Azərbaycandan – Atəşgahdan Avropaya aparılacaq!

Rufiz Qonaqov,

Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş

Cəmiyyəti Koalisiyasının Kordinatoru, politoloq, BMAM sədri

Rəfail Becanov,

jurnalist, İnsan Hüquqları və

Maarifçilik İctimai Birliyinin sədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ