I Avropa Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu barədə Trend-ə uqandalı jurnalist Arnold Ntambi deyib. O, böyük infrastrukturun inşa edildiyini bildirib: "Böyük infrastrukturun inşa edildiyini, yalnız azərbaycanlılarda deyil, bütün Avropa ölkələrindən olan azarkeş və jurnalistlərdə ruh yüksəkliyi görə bilərik”.
A.Ntambi qeyd edib ki, Azərbaycan bu Oyunları keçirmək üçün çox böyük işlər görüb: "Zövq almaq, heyran qalmaq və insanlarda ruh yüksəkliyi görmək ümidində idim. Ümidlərim doğruldu. Bütün bunların hamısını stadionda gördüm”.