"Mən Azərbaycanı nəhəng tədbir keçirməsi münasibəti ilə təbrik edirəm. Əminəm ki, çəkilmiş bütün əziyyət özünü doğruldacaq. Bu infrastrukturdan yalnız oyunlar zamanı deyil, gələcəkdə də istifadə olunacaq. Hər şey çox gözəl başlayıb və davam edir”. APA-nın məlumatına görə, bunu rusiyalı politoloq Sergey Markov "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında deyib.
"Əlbəttə ki, əhali hər zaman pulların hara xərclənməsi, düzgün istifadə olunub-olunmaması ilə bağlı suallar verir. Bu suallar bütün idman yarışlarında verilir və bu sualları normal qarşılamaq lazımdır”, - deyə o bildirib.