Məşqçi komandasının Fransa millisi ilə oyununa şərh verərkən bildirib ki, növbəti oyun Monteneqroya qarşı keçiriləcək: "Əlbəttə, yaxşı əhval-ruhiyyədəyik. Bugünkü oyuna gəldikdə isə, düşünürəm ki, daha az qol buraxmalı idik. Komandanın qalib gəlməsi yaxşıdır, ancaq pis oynadıq. Komandanın çıxışından razı qalmadım. Yaxşı ki, bu indi oldu, çünki gələcəkdə bizi daha çətin oyunlar gözləyir”.