I Avropa Oyunlarının açılış mərasimi çox maraqlı keçdi və məni heyrətləndirdi. Bu barədə Trend-ə britaniyalı jurnalist Kris Uitmor deyib. O bildirib ki, heç vaxt Azərbaycanda olmayıb: "Dünyanın bir çox yerində olmuşam, ancaq Azərbaycana heç vaxt səfər etməmişdim. Mədəniyyətlərimiz arasında böyük fərqin olduğunu qeyd etmək istərdim. Əvvəlcə I Avropa Oyunlarının açılış mərasiminin bütün təfərrüatını başa düşməsəm də, internet vasitəsilə məlumat əldə etdikdən sonra nar və mərasimin başqa rəmzlərinin nə demək olduğunu anladım”.