"Birinci Avropa Oyunları mənim üçün çox əhəmiyyətlidir, burada iştirak etməklə böyük təcrübə qazanıram". Bunu Trend-ə Böyük Britaniyadan olan gimnast Sim Kelli deyib. S.Kelli bildirib ki, Azərbaycanda idman üçün gözəl şərait yaradılıb: "Bu gün yarışdığımız Milli Gimnastika Arenası çox genişdir və burada müasir qurğular quraşdırılıb".
Britaniyalı gimnast olnar üçün yaradılan şəraitdən çox məmnun olduöunu bildirib: "Atletlər kəndində çox gözəl şərait yaradılıb. Boş vaxtlarımızda velosiped sürürük və oradan Bakının gözəl mənzərəsinə baxırıq".